Sizin Reklam Burada
Xəbər lenti
15-07-2025
14-07-2025
BÜTÜN XƏBƏRLƏR

Vəkili döyən polislər nazir tərəfindən cəzalandırıldı

Tarix: 08-06-2019 14:22     Baxış: 3196 A- / A+
Vəkili döyən polislər nazir tərəfindən cəzalandırıldı

Ötən ay Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsində gənc vəkil Orxan Kəngərlinin fiziki şiddətə məruz qalmasında adı hallandırılan polis əməkdaşları cəzalandırılıb.

Manevr.az-ın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Anar Qasımlı xəbər verib.

Vəkil bildirib ki, Daxili işlər naziri Ramil Usubovun əmri hadisədə adı hallanan Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəis müavini Yalçın Yaqubov Daxili İşlər Orqanlarından xaric edilib. Təhqiqatçı Elnur Rəşidov isə tutduğu vəzifədən azad edilib.

Nazirin əmri ilə əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib.
Qeyd edək ki, mayın 30-da vəkil Orxan Kəngərli Binəqədi RPİ 4-cü PŞ-də şiddətə məruz qalıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov məsələni izləyəcəklərini və təqsirkar şəxslərin qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalması üçün bütün addımları atacaqlarını demişdi.bakupost.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar