Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın olimpiya çempionu və ailəsi koronavirusa yoluxdu

Tarix: 20-05-2020 10:28     Baxış: 3251 A- / A+
Azərbaycanın olimpiya çempionu və ailəsi koronavirusa yoluxdu

Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov koronavirus xəstəliyi keçirib.

Bu barədə 32 yaşlı idmançının özü məlumat verib. Hazırda Rusiyada Dağıstan Respublikasının paytaxtı Mahaçqalada olan titullu pəhləvan ailə üzvlərinun də pandemiyadan əziyyət çəkdiyini bildirib. O, artıq hər şeyin qaydasında olduğunu açıqlayıb: "Özüm də bu virusa yoluxmuşdum. Bütün ailəmiz - mən, həyat yoldaşım, anam, atam, bacım xəstələndi. Sanki hamı bir-birinə ötürdü. Bu, adi qrip deyil, təhlükəli virusdur. Hətta anam ağciyərin ikitərəfli pnevmoniyası diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, mayın 19-da evə buraxıldı. Anamdan fərqli, mən xəstəliyi yüngül formada keçirdim. Sadəcə, qızdırma və ağrılarım var idi".

Artıq bir həftədir sağaldığını deyən Şərifov hazırda özünü yaxşı hiss etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Şərif Şərifov 2011-ci ildə dünya, 2012-ci ildə olimpiya (hər ikisi 84 kq), 2019-cu ildə isə Avropa çempionu (92 kq) olub. O, ötən il Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında (97 kq) gümüş medal və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar