Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qazaxın icra başçısı virusu necə “yayır”? -FOTOLAR

Tarix: 25-03-2020 04:38     Baxış: 3159 A- / A+
Qazaxın icra başçısı virusu necə “yayır”?

Ölkədə xüsusi rejimli karantin elan olunub. Bakıya giriş-çıxış bağlanıb, məktəblər, ticarət mərkəzləri, kafe-restoranlar dayanıb, 61 nəfər koronavirusa yoluxub, 1000-ə yaxın şəxs karantindədir.

Lakin Qazax rayon icra başçısı Rəcəb Babaşov və nümayəndələri adi gigiyenik, karantin qaydalarına əməl edə bilmirlər. İcra başçısı yeni istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, mövcud vəziyyətlə maraqlanıb.

Yoluxucu xəstəliklər korpusunda, eləcə də digər şöbələrdə yaradılan şəraitlə yaxından tanış olan icra başçısı xəstəxanada müalicə olunan xəstələrə də baş çəkib.

Amma icra başçısı və İH nümayəndələrinin, həkimlərin yayılan fotolarından görünür ki, nə tibbi maska taxıblar, nə əlcək geyiniblər, nə ayağa baxil keçiriblər.

Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkür etsə də, elementar tələb olunan qaydalara riayət etməyiblər.

Halbuki, birinci növbədə icra başçısı R.Babaşov və tibb işçiləri buna əməl etməliydilər. Ancaq onlar faktiki olaraq, virusun yayılmaması, korona epidemiyasının genişlənməməsi üçün heç tibbi maska belə taxmayıblar.

R.Babaşov cəmiyyətə nümunə olmalı, insanlara virusdan qorunmaq üçün hansı addımlar atılmalı olduğunu göstərməliydi. Amma Qazaxın icra başçısı xəstəxanaya elə formada gedib ki, sanki ev şəraitindədir… reportyor.info

Manevr.az
Qazaxın icra başçısı virusu necə “yayır”?
Qazaxın icra başçısı virusu necə “yayır”?

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar