Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağa qanunsuz səfər edən şəxslərin adı niyə "qara siyahı"ya salınmır? - XİN-dən CAVAB

Tarix: 27-08-2019 15:18     Baxış: 4144 A- / A+
Qarabağa qanunsuz səfər edən şəxslərin adı niyə "qara siyahı"ya salınmır? - XİN-dən CAVAB

Xəbər verdiyimiz kimi Dağlıq Qarabağa qanunsuz səfər edən xarici ölkə vətəndaşlarının adı Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilən "Qara siyahı"ya salınır və onlar Azərbaycan üçün "Arzuolunmaz şəxs"lər hesab olunurlar.

Manevr.az xəbər verir ki, hazırda Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilən "Qara siyahı"ya əksəriyyəti Fransa və Rusiya vətəndaşları olan 803 əcnəbinin adı daxil edilib və bu ilin fevral ayının 21-dən sonra siyahı yenilənməyib. Lakin, qeyd edək ki, Qarabağa səfər edən əcnəblərin sayı bundan dəfələrlə çoxdur və fevral ayının 21-dən sonra da Qarabağa səfər edən xarici ölkə vətəndaşları olub.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirdi ki, arzuolunmaz şəxslər siyahısına Dağlıq Qarabağa qanunsuz səfər edənlərin sadəcə adları əlavə olunmur: "Qanunsuz səfər edən şəxslərin hamısı haqqında bizdə məlumat var. Ancaq məsələ burasındadır ki, siyahıya daxiletmə sadəcə adın daxil edilməsi ilə bitmir. Həmin şəxsin anadan olma tarixi, pasport məlumatları və haqqında digər faktlar araşdırılaraq siyahıya əlavə edilir. O baxımdan qanunsuz səfər etmiş müəyyən şəxslərlə bağlı biz araşdırma işi aparırıq. Bütün bu məlumatlar əldə olunduqdan sonra onlar siyahıya əlavə olunacaqlar".
L. Abdullayeva həmçinin "arzuolunmaz şəxslər siyahısı"nın yenilənmiş halının yaxın müddət ərzində nazirliyin saytında əks olunacağını qeyd edib: "Məlumatlar nazirliyin rəsmi saytına yerləşdirilmədən öncə müvafiq proseduralardan keçir, müvafiq idarələr nəzarət edir və aidiyyatı qurumlarla məsləhətləşmələr aparılır. Buna görə də bu proses müəyyən qədər vaxt apara bilir. Hazırda yeni siyahı üzərində də yenilənmə gedir. Tam hazır olduqdan sonra bunu rəsmi saytda da əks etdirəcəyik".
Məlumat üçün qeyd edək ki, bu gün Avropa Parlamentinin Almaniyadan seçilən üzvü, "Partiya" partiyasının qurucusu Martin Zonneborn 25 nəfərlik nümayəndə heyətilə birgə işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfər edib. Həyat yoldaşı milliyətcə erməni olan Almaniyalı siyasətçi ötən ilin avqust ayının 28-də də Qarabağa qanunsuz səfər edib. Həmin səfər zamanı Martin Zonneborn deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağa səfər edənlərin adını "qara siyahı"ya salır: "Bildiyimə görə "qara siyahı"da 700-ə yaxın şəxsin adı var. Bu rəqəmin 1000-ə çatması üçün gələn il böyük bir heyətlə Qarabağa səfər edəcəm".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar