Xəbər lenti
Azərbaycanda qanunsuz attestat verən direktora AĞIR CƏZA

Bakı şəhəri 323 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, valideynlərin və müəllim kollektivinin şikayəti əsasında 323 nömrəli tam orta məktəbin direktoru ilə bağlı yerində araşdırma aparılıb. Araşdırma nəticəsində direktor Günay Rüstəmovanın məktəbdə təlim-tərbiyə prosesinin təşkil etməsi və həyata keçirməsinin keyfiyyətsiz olması, şagirdlərin yekun nəticələrində düzəlişlər edilməsi, təlim nailiyyətləri kifayət etməyən bəzi şagirdlərə qanunsuz olaraq ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi, həmçinin “Xüsusi hallar barədə” əmrin və “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında” təlimatın tələblərinin pozulması müəyyən edilib.
Müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, öhdəlik və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə məktəbin direktoru Günay Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar