Xəbər lenti
Bakıda qeyri-adi yırtıcı heyvan tapılıb - ŞƏKİL/VİDEO
Maştağa sakini qəsəbənin Ləiş bağları ərazisində qeyri-adi heyvan tutduqlarını iddia edib.
Bədən hissəsi yarasaya oxşayan tünd qəhvəyi rəngli heyvanı sakinlərin bir neçə gün izləyəndən sonra tutduğu qeyd edilib. İddiaya görə, qeyri-adi heyvanın çəkisi 40-45 kiloqrama qədərdir.
Onun sözlərinə görə, sakinlər bir neçə gün qəsəbədə qoyunların yoxa çıxmasından narahat olub. Əvvəlcə qoyunların oğurlandığını fikirləşən sakinlər daha sonra gecə boyunca yatmayaraq heyvanları izləyiblər. Nəticədə belə bir heyvanın qoyunları oğurladığının şahidi olublar.
Sakinlər bildirib ki, heyvan qəribə səslər çıxarıb, ona hücum edən itlərin üstünə ilan kimi fısıldayıb.
Həqiqət isə ondan ibarətdir ki, şəkli paylaşılan bu heyvan Azərbaycan təbiətinə xas deyil. Belə ki, ilk dəfə bu heyvanın fotosu 29 iyul 2018-ci ildə yayılıb. Lvov şəhər sakini olan Vasili Barabanenko ilk dəfə görülən bu heyvanın fotosunu paylaşaraq, elm adamlarından onun haqda məlumat istəyib.
Latınca “Hypsignathus monstrosus” (Çəkicbaş yarasa) adlanan bu yarasa 19-cu əsrin ikinci yarısında Afrika cəngəlliklərində görünüb. Fərziyələrə görə, bu növ mutasiya nəticəsində yaranıb.
Afrikanın tropik meşələrində rast gəlinən 3 meyvə yarasası növündən biridir.
Amerikadakı əfsanəvi Nyu Cersi bədheybətinə bənzəyir. Elm adamları üçün maraqlı fakt odur ki, bir neçə yüz il əvvəl Amerika nağıl-rəvayətlərində təsvir edilən bu yarasaya yalnız 19-cu əsrdə Afrikada rast gəlinib.
Əslində, yarasa göründüyündən daha kiçikdir. Araşdırma əsasında müəyyən edilib ki, foto yarasanı normal ölçüsündən qat-qat böyük göstərən rakursdan çəkilib./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar