Xəbər lenti
Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir
Məlum olduğu kimi, bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət, incəsənət xadimlərinin bir qrupu ilə görüşündə əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov bəzi təkliflərlə çıxış ediblər. B.Bağırzadə ölkə rəhbərindən Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını xahiş edib. T.İmanov isə babası Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi üçün onun adına küçə verilməsini istəyib.
Ölkə başçısı hər iki təkliflə bağlı Bakı Şəhərİcra Hakimiyyətinə müvafiq göstərişlər verib.
Manevr.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, Meriya hər iki təkliflə bağlı Bakının müxtəlif yerlərinə baxış keçirib və müvafiq küçələr seçib. Lakin Meriyanın təklif etdiyi yerlər nə Bəhram Bağırzadə, nə də Tahir İmanov tərəfindən bəyənilməyib.
Mənbə qeyd edir ki, hər iki əməkdar artist özlərinin təklif etdiyi yerlərə baxış keçirilmərisini israr edir.
Qeyd edək ki, B.Bağırzadə heykəlin "Kukla” teatrı ilə üzbəüz ərazidə ucladılmasını istəyir. Həmin yer isə müxtəlif illərdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması üçün müzakirə predmeti olub.
T.İmanov isə şəhərin mərkəzi küçələrindən birinə babasının adının verilməsində israrlıdır...
Necə deyərlər, Meriya "bəylərə qız bəyəndirə bilmir”...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar