Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Avtomobillər bahalaşa bilər" - Ekspert

Tarix: 18-04-2019 15:28     Baxış: 4218 A- / A+
"Avtomobillər bahalaşa bilər"


Hazırda maşın bazarında qiymətlərin ucuzlaşması müşahidə olunsa da, bu, hiss olunacaq qədər deyil.

Manevr.az xəbər verir ki, bu fikirləri oxu.az-a müsahibəsində nəqliyyat eksperti Elməddin Muradlı deyib. "Bu ilin əvvəlində gömrük rüsumlarının artırılması avtomobillərin qiymətlərinin qalxmasına səbəb olmuşdu. Bəziləri ötən ilin sonunda rüsumların artırılmasından xəbərdar idilər və bunun üçün gömrük rüsumu aşağı olan vaxtda çoxlu sayda avtomobilləri ölkəyə gətirərək, baha qiymətə satmaq istəyirdilər.

Ancaq onların niyyəti baş tutmayıb. Hazırda həmin avtomobillər bazarda qismən aşağı qiymətə təklif olunur. Amma yenə də ötən illə müqayisədə, qiymətlər heç də ucuz hesab edilə bilməz”, - o bildirib.

Ekspertin sözlərinə görə, yerli avtomobillərin istehsal edilməsi bazardakı qiymətlərin də ucuzlaşmasına səbəb olan amillərdəndir.

"Çünki bir çox dövlət qurumları hazırda xidməti maşın kimi yerli istehsal olan avtomobillərdən istifadə edir. Bütün bunların fonunda avtomobillərin qiymətində tam olaraq ucuzlaşma gözləmirəm”, - o əlavə edib.

E.Muradlı qeyd edib ki, qiymətlər getdikcə bahalaşır, daha böyük bahalaşma gözlənilir:


"Çünki bildiyiniz kimi, ötən il dekabrın 27-də prezident İlham Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramını təsdiqləyib. Beş illik dövlət proqramı çərçivəsində texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismardan yığışdırılması nəzərdə tutulub. Çox güman ki, dövlət bunu hansısa formada həyata keçirəcək”.

Ekspertin sözlərinə görə, bizim üçün ən optimal variant Rusiya modelidir:


"Rusiya köhnə avtomobilləri alıb, yeni maşınları güzəştli şərtlərlə vətəndaşlara verir. Amma Rusiyanın avtomobil istehsalı Azərbaycandan qat-qat yüksəkdir. Ona görə Rusiya bunu qarşılaya bilir, amma Azərbaycan üçün bu, müəyyən çətinliklər yaradacaq. Həm də inanmıram ki, bunu qısa müddətdə həll etmək mümkün olsun”.

E.Muradlının fikrincə, vəziyyətdən optimal çıxış yolu gömrük rüsumlarına və əlavə dəyər vergisinə yenidən baxılmasıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar