Xəbər lenti
AQTA adından rüşvət alan növbəti dələduzun görüntüləri yayıldı - ŞƏKİLLƏR
Bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından rüşvət toplayan şəxslərlə bağlı məlumat və hadisənin video görüntüsü ictimaiyyətə təqdim olunub.
AQTA-dan verilən məlumata görə, aprelin 12-də Agentliyin 1003 "Qaynar xətt"inə qurumun adından istifadə edən növbəti şəxslə bağlı şikayət daxil olub.
Araşdırma zamanı özünü AQTA əməkdaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən "Zaqatala" kafesinin sahibindən qanunsuz olaraq 39 manat 80 qəpik pul alması ilə bağlı şikayət öz təsdiqini tapıb. Belə ki, kafenin sahibi tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxsin video görüntülərinin olduğu müəyyən olunub.
Qida Təhlükəsizliyi Agentliyi görüntülərdə əks olunan həmin şəxsin Agentliyin əməkdaşı olmadığını bildirir və faktla bağlı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün məlumatların hüquq-mühafizə orqanlarına göndərildiyini diqqətə çatdırır.
Agentlik sahibkarlara özünü qurumun əməkdaşı kimi təqdim edən şəxslərdən ilk növbədə xidməti vəsiqələrini və yoxlama haqqında müvafiq sənədi təqdim etmələrini tələb etməyi tövsiyə edir, hər hansı şübhəli məqam olduğu təqdirdə hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt"inə məlumat verməyi xahiş edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar