Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqlarda depressiya – Bu ƏLAMƏTLƏRƏ diqqət edin

Tarix: 13-04-2019 20:25     Baxış: 3338 A- / A+
Uşaqlarda depressiya – Bu ƏLAMƏTLƏRƏ diqqət edin

Böyüklər kimi uşaqlar da depressiyaya düşə bilir. Bu hal nə zaman baş verir? Uşaqlarda depressiyanın əlamətləri hansılardır?

Manevr.az e-tibb.az-a istinadən bununla bağlı psixiatr, uzman həkim İkram Rüstəmovun fikirlərini təqdim edir.

Uşaqlarda depressiya tək bir səbəbə bağlana bilməz. Bu, uşağın təməl xüsusiyyətlərinə, psixoloji xüsusiyyətlərinə və ətrafın təsirlərinə görə ortaya çıxa bilər. Hansı faktorun daha ön planda olduğu uşaqdan-uşağa dəyişir.

Ana-ata həyatdakı rollarını nizamlaya bilmədikdə uşaq, özünü tək və çarəsiz hiss edər. Çox vaxtı valideynlər, uşağın yaşadığı böhrandan xəbərsizdir. Uşaqların fərqli bir iç dünyaları olduğunu, yaddaşlarının çox güclü olmadığını və bəzi şeylərə əhəmiyyət vermədiklərini düşünərlər. Halbuki uşaqların hissləri, nə qədər maraqsız görünsə də, son dərəcə açıqdır. Ətraflarında olan bitənlərin fərqindədirlər. Ancaq mühakimə gücləri inkişaf etmədiyindən, problemlərin nədən qaynaqlandığını anlamazlar, çox vaxtda problemlərin özlərindən qaynaqlandığını zənn edərlər. Valideynlər uşaqlarının ruh sağlamlığına təsir edəcək davranışlarından qaçmaları həm uşaqlar, həm də özləri üçün çox əhəmiyyətlidir. Körpəlik və uşaqlıq dövründə meydana gələcək psixoloji narahatlıqlar, uşaqların yetkinlik dövrünə də əks olunur. Uşaqda meydana gələcək psixi çöküntü, həyatı boyunca qarşısına çıxıb onu narahat edə bilər.

Uşaqlarda ən əhəmiyyətli depressiya səbəbi, anadan ayrılıq vəziyyətidir. Uşaqlar, ana ayrılığına ilk etapda ani narahatlıq, hirs partlamaları ilə reaksiya göstərirlər. Ananı geri gətirmə səyi göstərərlər. Daha sonra ümidin itirilməsi, susqunluq, kədərlilik və ağlamalar müşahidə olunar. Bir müddət sonra da özünü buraxma və qədərə təslim olma halları ilə qarşılaşırlar. Bu dövrdə uşaqlar, yetkin depressiya xüsusiyyətlərini göstərirlər.

Körpəlik dövründən etibarən güvən mühitində böyüdülməyən, ehtiyacları qarşılanmayan, stress altında, diqqət əskikliyi, öyrənmə və ya davranış pozulması olan uşaqlar daha asan depressiyaya düşürlər.

Uşaqlarda depressiyanın əsas əlamətləri aşağıdakılardır:

Özünü boşluqda hiss etmə, tez ağlamaq, tez-tez baş ağrısı, qarın ağrısı kimi fiziki şikayətlər, sevdiyi şeyləri etməmək, zövq almamaq, oyun oynamamaq, dəyərsizlik duyğusu, kimsə tərəfindən sevilmədiyindən ya da az sevildiyindən şikayət etmək,

günahkarlıq duyğuları, olanları öz günahı olaraq şərh etmək, ümidsizlik, bədbəxtlik, enerji əskikliyi, ünsiyyət əskikliyi, hirs və ya düşmənlik davranışlarının artması, az ya da çox yemək, küsəyənlik, həddindən artıq hərəkətlilik ya da əksi, diqqət dağınıqlığı, məktəbdə müvəffəqiyyətdə uğursuzluq, ailə əlaqələrində pozulmaq, söz dinləməmək ya da çox səssiz qalmaq, ailə xaricində uyğunlaşma çətinliyi, ailədən uzaqlaşmaq, özünü tək hiss etmək, evdən qaçmaqla əlaqədar sözlər və ya təşəbbüslər, ölümdən danışmaq, qorxmaq, intihar cəhdi...

Müəyyən bir səbəb olmadan yersiz şəkildə və ya ola biləcək şeylər haqqında narahatlıq hiss edirlər. Yuxusuzluq kimi şikayətlər, qorxulu yuxular və tək yata bilməmə halları özünü göstərir .

Ümumiyyətlə gərgin, ağlağan, narahat olar, düşüncələrini toplamaqda çətinlik çəkərlər.

Bir insandan həddən artıq asılı olma, utancaqlıq kimi davranışlar göstərərlər.

Məktəbli uşaqda ətrafı və yaşıdları tərəfindən təsdiqlənməyəcəyi qorxusu ön plana çıxar. Uşaq öz fikrini söyləməkdən çəkinə bilər, bəzilərinin köməyi və dəstəyi olmadan bir işə girişmək istəməyə bilər, yoldaşlığa başlamaqda çətinlik çəkə bilərlər.

Səhv bir şey söyləyə biləcəyi qorxularıyla dərsdə iştirakı azala bilər. Dərslərində uğurlu ola bilməyəcəyi narahatlığıyla məktəbə gəlmək istəməyə bilər.

Depressiyadakı bir uşaq çox adi bir bəhanəylə problem çıxara bilər. İstədiyi bir şey üçün təkid etməsi, normal bir uşağın təkid etməsindən çox fərqlidir. Normal bir uşaq, istədiyi bir şeyin olması üçün bir müddət israr edər, edilə bilmədiyində qəbul edə bilər. Depressiyadakı uşaq isə məqsədsiz, hər hansı bir şey üçün israr edə bilər.

Uşaqlıq depressiyasını təyin edə bilmək və qiymətləndirmək olduqca çətindir. Çünki uşaqların bir çoxu duyğu və düşüncələrini dilə gətirməkdə çətinlik çəkərlər. Uşaqlar, razı olmadıqlarında, qorxduqlarında ya da özlərini pis hiss etdiklərində ağlayarlar. Böyüklər, bu vəziyyətdə, uşağı əyləndirərək, diqqətini başqa istiqamətə çəkərək, bu duyğuların keçəcəyini düşünərlər. Məktəb və yoldaş əlaqələrindəki dəyişikliklər qiymətləndirilməli, bu mövzuda müəllimlər, məktəbdəki rəhbərlik mütəxəssisləri və məktəb rəhbərliyinin dəstəyi alınmalıdır. Bu dövrdə xüsusilə valideynlərin rolu çox əhəmiyyətlidir. Bun görə də ailələr uşaqlarına nümunə olmalı, yeni düşüncə formaları yaradılmasında onlara köməkçi olmalıdırlar. Çünki uşaqlar depressiya müddətində ailələrini nümunə olaraq götürə bilərlər. Onların ən çox ehtiyac duyduqları şey sevgidir.

Uşaqlıq depressiyaları uşağın şəxsiyyət və ictimai inkişafını birbaşa təsir edir. Bu səbəbdən depressiyanın diaqnozu və müalicəsi əhəmiyyət daşıyır. Bu vəziyyətdə ana-atalar və müəllimlər uşaqların ruhi vəziyyətləriylə əlaqədar məlumat toplamalı və uşaqların davranışlarıyla əlaqədar yaxşı bir müşahidəçi olmalı, lazım olduqda uşaqların ruh sağlamlığıyla məşğul olan bir mütəxəssisə müraciət edilməsi lazımdır. Ətrafda belə bir mütəxəssis yoxdursa uşaq psixoloqlarından kömək istəmək olar, uşaq psixoloqu ilkin qiymətləndirməni etdikdən sonra valideynləri istiqamətləndirəcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar