Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həyatda insan özü-özünün müəllimi və həkimi olmalıdır.

Tarix: 13-04-2019 12:21     Baxış: 2231 A- / A+
Həyatda insan özü-özünün müəllimi və həkimi olmalıdır.


Əməkdar müəllimin nəvəsi və fəal gənc kimi öz fikirlərimi yazıram. Uşaqlara məktəbdə müəllimlər, evdə isə valideynlər nəzarət etməlidirlər. Əslində valideynlər övladları ilə dost olmalı, bəzi hallarda onlarla psixoloq kimi davranmalıdırlar.
Valideyn məktəbli qızını və ya oğlunu birinci sinifdə oxuyandan on birinci sinifi başa vurana kimi tam nəzarətdə saxlamalı, yəni məktəblə sıx təmasda olmağa, övladının təhsili, davranışı ilə ciddi maraqlanmağa borcludur. Eyni zamanda valideynlər iclasında iştirak çox önəmlidir. Valideyn üçün övladının məktəbdə kiminlə oturub-durması, kiminlə dostluq etməsi, dərsə saat neçədə getməsi və evə qayıtması, eləcə də, onların geyimləri, məktəb xərclikləri barədə dürüst məlumatının olması çox vacibdir. Valideyn bilməli və həm də ciddi nəzarət etməlidir ki, övladı pulu nəyə və necə xərcləyir.

Uşaqların məktəbdən sonrakı vaxtlarının düzgün bölünməsi, asudə vaxtlarının maraqlı sahələrə, məsələn, musiqiyə və idmana yönləndirilməsi də çox vacib və önəmli məsələdir. Bir sözlə, valideyn övladı ilə sözün əsil mənasında dost olmalıdır. Hətta övladı ali məktəb tələbəsi olanda da onların üzərində valideyn nəzarəti mütləq lazımdır.

Valideynlərin belə bir güclü nəzarətinin olması istər məktəbli, istərsə də tələbə övladları pis vərdişlərdən – spirtli içkilərə, siqaretə, narkotik vasitələrə və s. aludəçilikdən çəkindirər və onların cəmiyyətimiz üçün normal vətəndaşlar kimi yetişməsinə yardımçı olar.

Bir daha təkrar edirəm: valideynlər övladlarını hər gün evdən məktəbə yola salanda öyüd-nəsihətlərini mütləq təkrarlamalı, təlim-tərbiyə prosesində müəllimlərə yaxından dəstək olmalıdırlar. Axı məktəblilər öz vaxtlarının müəyyən hissəsini məktəbdə keçirsələr də, əhəmiyyətli hissəsini valideynləri ilə birlikdə olurlar. Ona görə də, valideynlər istər məktəbdə, istərsə də məktəbdən xaric övladlarının bütün hərəkətlərini izləməyə və nəzarətdə saxlamağa borcludurlar. Bütün bunlar gələcəkdə valideynlərə həyatları boyunca acılar yaşadan hadisələrin baş verməməsi üçün çox vacibdir. Necə deyərlər: sonrakı peşimançılıq fayda verməz…
Nicat Müslümov

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar