Xəbər lenti
"İcra nümayəndələri məndən 15 min pul tələb edirdilər" - Evi uçurulan sakin DANIŞDI -ŞƏKİLLƏR
Abşeronun rayonunun Saray qəsəbəsində icra nümayəndələri tərəfindən evi dağıdılan Rəsul Hüseynov baş verən hadisə ilə bağlı açıqlama verib.
Manevr.az xəbər verir ki, R.Hüseynov demokrat.az-a açıqlamasında bildirib ki, sənədləri olduğu halda Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri onun evini uçurdub:
"Mənim əlimdə məhkəmənin qərarı və evimin sənədi var. Daşınmaz Əmlak İdarəsindən sənəd almışam. Onlar mənim evimi qanunsuz şəkildə uçurdublar. Əslində, onların qanunsuz dedikləri ev qonşu ərazidə yerləşir. İcra nümayəndələri də bunu bilirdilər. Sadəcə olaraq Hilal Nəcəfov adlı icra nümayəndəsi dəfələrlə məndən evin uçurulmaması üçün 15 min manat rüşvət, 4 sot isə torpaq sahəsi istəyirdi. Hələ üstəlik də əlavə 1000 manat da onlara "şirinlik" verməli idim. Mənə dedilər ki, bu pullar Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə bölüşüdürüləcək. Hətta, icra məmurları mənə 10 gün möhlət vermişdi ki, gedim həmin 15 min manat pulu tapım onlara verim. Bütün bunları sübut edəcək səs yazılar da var".
Zərərçəkmiş deyib ki, Hilal Nəcəfov adlı şəxs ondan 15 min manat vəsait və 4 sot torpaq tələb edib:
"Onlar təkcə məndən bunu tələb etmirlər. Qonşumdan da 3 sot torpaq alıb hasar çəkiblər. Mənə xəbərdarlıq etdilər ki, əgər onların istədiklərini verməsəm, evimi uçurtadacaqlar. Bütün bu danışıqlara şahidlik edən adamlar var. Lazım olsa, onlar da məhkəmədə ifadə verəcəklər".
R.Hüseynov hazırda evinin uçurulmuş vəziyyətdə olduğunu söyləyib.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ev məhkəmənin qərarı ilə sökülüb.
"Abşeron rayon İcra Hakimiyyətinin başçısı ev uçurtmur. Dövlətin qanunları var. O qanunların icrasını isə məhkəmə icraçıları həyata keçirir. Bu məsələ ilə bağlı da məhkəmənin qərarı var", - deyə İcra Hakimiyyətindən bildirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar