Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Xəzərin dibindən 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb -ŞƏKİL

Tarix: 11-04-2019 04:58     Baxış: 2148 A- / A+
Xəzərin dibindən 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilər dənizin dibindən batmış gəmi hissələri çıxarıblar.

QSC-dən verilən məlumata görə, Ağ şəhər bulvarının su akvatoriyasının metal hissələrdən təmizlənməsi işləri çərçivəsində Xəzər dənizinin dibindən ümumilikdə 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb.

Korpuslar müvafiq olaraq 180, 200, 65 ton olub. Batmış hissələri əvvəlcə dalğıclar kəndirlə bağlayıb, daha sonra kran gəmisinin köməkliyi ilə onlar "Barja-701" barjının göyərtəsinə qoyulub. Yedək gəmiləri ilə barjdakı gəmi hissələri sahilə çatdırılaraq metal qırıntısı kimi təhvil verilib.
Həyata keçirilən işlərə Xəzər Dəniz Neft Donanmasının "Qurban Abasov", "Socar-1", "Barja-701", "Hövsan-5", "Abşeronskaya-6", "SPK-47/25", "Hövsan-2" kimi gəmilər və barjı cəlb edilib.

Qeyd edək ki, ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir. Bu baxımdan ASCO-da ətraf mühitə zərərin vurulmaması üçün mütəmadi zəruri qabaqlayıcı tədbirlər görülür. Gəmilərin istismarı zamanı yaranan müxtəlif çeşidli bərk və maye tullantıların, habelə qaz atqılarının su mənbələrinə, qrunta və atmosferə ekoloji təsirlərinin minimuma endirilməsi daim çox ciddi diqqət mərkəzində saxlanılır. milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar