Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tikinti icazələri tam elektronlaşdırılacaq

Tarix: 10-04-2019 08:15     Baxış: 3156 A- / A+
Tikinti icazələri tam elektronlaşdırılacaq
Azərbaycan Prezidenti İlham Əliyevin çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi barədə fərmanla qanunvericiliyə dəyişikliklər edilib və bununla əlaqədar olaraq biz rəqəmsal formatın tətbiq olunmasını planlaşdırırıq.
Bunu trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, rəqəmsal formata keçid vətəndaşlarla məmurların ünsiyyətini tamamilə aradan qaldıracaq, eləcə də şəffaflığı artıracaq və bu prosesi sürətləndirəcək:

"Hazırda bir çox Avropa ölkəsində tətbiq olunan "Vahid pəncərə" mexanizmi hazırlanıb. "ASAN xidmət"lə birgə biz müvafiq mexanizmi hazırlamışıq və proses artıq işə salınıb. Beləliklə, artıq Bakıda elektron formatda icazənin alınması üçün müraciət etmək olar. Hələlik biz bu prinsipi ekspertizanın tələb olunmadığı tikililərə tətbiq edirik. Aprobasiya prosesi başa çatdıqdan sonra biz bu ilin ortalarında "Vahid pəncərə" formatını bütün növ icazələrə, ilkin ekspertizanın tələb olunduğu obyektlərə də tətbiq etməyi planlaşdırırıq".

D.Dövlətxanov əlavə edib ki, yaxın gələcəkdə bu müsbət təcrübə ölkənin digər şəhər və regionlarında tətbiq olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar