Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

“Gündəliyində “5” göstər, hədiyyə qazan” –Dükançıdan maraqlı jest -Bakıda

Tarix: 09-04-2019 20:55     Baxış: 3386 A- / A+
“Gündəliyində “5” göstər, hədiyyə qazan” –Dükançıdan maraqlı jest
“Əvvəllər bütün günü küçədə oynayan uşaqlar indi evə gedib dərs oxuyur ki, yaxşı qiymət alsın və hədiyyə qazansın”.

Paytaxt sakini Qəşəm Niftəliyev Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyindəki marketində məktəblilər üçün maraqlı aksiya başladıb.

O, gündəliyindəki “5” qiymətini göstərən şagirdlərə dəftər, qələm, kökə və s. həvəsləndirici hədiyyələr təqdim edir:

““5” alan şagirdin yanında başqa bir şagird olanda iki hədiyyə verirəm ki, o da görüb həvəslənsin. Həqiqətən də elə olur. Səhəri gün həmin uşaq da gündəliyindəki “5”-i göstərib hədiyyə qazanır”.

Q.Niftəliyev bildirib ki, məqsədi şagirdlər arasında təhsil sahəsində rəqabəti artırmaqdır:

“Əvvəllər bütün günü küçədə oynayan uşaqlar indi evə gedib dərs oxuyur ki, yaxşı qiymət alsın və hədiyyə qazansın. Düzdür, oxuyan uşaq onsuzda oxuyur, amma təhsildən uzaq düşən uşaqlar indi xeyli həvəslənib”.

O, hətta rüb sonunda əlaçı çıxanlar və universitetə qəbul olanlar üçün daha böyük hədiyyələr hazırladığını deyir:

“Fikirləşirəm ki, rübün sonunda əlaçı seçilənlərə və universitetə qəbul olanlara daha böyük hədiyyələr hazırlayım. Həmçinin şərəflövhəsinə vurulmuş fotosunu göstərənlərə də hədiyyə verməyi düşünürəm. Onların məktəbə, dərsə həvələnməsi üçün əlimdən gələni edirəm. Bəzən ayrı-seçkilik olmasın deyə bizim marketdən alış-veriş etməyən şəslərində uşaqlarına hədiyyə verirəm”.azedu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar