Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cəlilabaddakı aksiyaya görə icra başçısı PA-ya çağırıldı - Qərar ləğv edildi

Tarix: 09-04-2019 19:24     Baxış: 2274 A- / A+
Cəlilabaddakı aksiyaya görə icra başçısı PA-ya çağırıldı

Ötən gün Cəlilabad fermerlərin kartof rüsumuna görə etiraz etməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov axşam saatlarında təcili Prezident Administrasiyasına çağırılıb.

Sözügedən məsələ ilə əlaqədar Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdir Zeynal Nağdəliyev tərəfindən Namiq Zeynalova müvafiq təlimatlar verilib.

Manevr.az demokrat.az-a istinadən xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov əlaqə yaratmaq mümkün olmayıb.

Məsələ ilə əlaqədar 68 saylı Cəlilabad kənd seçki dairəsindən Milli Məclisə seçilmiş deputat Mirkazım Kazımov isə faktı dolayısı ilə təsdiqləyib.

Deputat açıqlamasında ötən gün fermerlerin aksiyası ilə əlaqədar icra başçısı ilə əlaqə saxladığını söyləyib:

"Mən hadisədən dərhal sonra başçı ilə telefon əlaqəsi saxladım. O mənə təcili rəhbərlik tərəfindən Bakıya çağırıldığını bildirdi. Eyni zamanda rayonda vəziyyətlə də maraqlandım. Artıq məsələ tam həllini tapıb. Bildiyimə görə, artıq kartofa qoyulan rüsumla bağlı qərar da ləğv olunub. Sakinlər də bu qərardan çox razı qalıblar. Sağ olsun cənab Prezident, tapşırıq verib, məsələ öz həllini tapıb".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar