Xəbər lenti
Bakıda ucuz maşınlar satışa çıxarılır

Daxili İşlər Nazirliyi ilə Təhsil Nazirliyi balanslarında olan istifadəsiz avtomobilləri hərraca təqdim ediblər.
Manevr.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 7 may tarixində həyata keçirəcəyi avtomobil hərracında sözügedən qurumların maşınları satılacaq.
Hərraca ümumilikdə 15 avtomobil təqdim edilib. Onlardan biri Təhsil Nazirliyinə, qalanları isə DİN-ə məxsusudur. Təhsil Nazirliyi hərraca 1990-cu ilin "MTZ-80” markalı avtomobilini təqdim edib. Avtomobilin ilkin start qiyməti 2000 manatdan başlayır.
DİN isə hərraca 5 ədəd UAZ, 4 ədəd "Fiat Doblo”, "Kamaz”, "Ural”, VAZ və "Zil” markalı avtomobillər təqdim edib. Avtomobillərin əksəriyyəti Daxili Qoşunlara məxsusdur.
Hərracın ən yüksək qiymətə təqdim edilən avtomobili də məhz Daxili Qoşunlara məxsus "Kamaz-4310” yük maşınıdır. Avtomobilin ilkin start qiyməti 7000 manatdan başlayır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































