Xəbər lenti
Portuqaliyadakı yanğınlar və quraqlıq bal istehsalına təhlükə yaradır
Portuqaliyada 2017-ci ildən başlayaraq bal istehsalı ciddi şəkildə azalıb.
Bu barədə Portuqaliya KİV-ləri xəbər verir.
Portuqaliyanın Milli Arıçılar Federasiyası ili pis nəticələrlə yekunlaşdırır. Bununla yanaşı, ölkədə bal istehsalçılarının sayı artıb.
Ekspertlərin fikrincə, buna səbəb iki il bundan əvvəl pətəklikləri məhv edən quraqlıq və yanğınlar, həmçinin Asiya eşşəkarılarının hücumu olub. Arıçıların sözlərinə görə, uzunmüddətli quraqlıq dövrü, istilər və soyuqlar milli arıçılığın effektivliliyinə ciddi təsir göstərir. Əvvəllər hər arı pətəyi orta hesabla 20 kiloqram bal verirdi, indi isə bu, 12 kiloqrama bərabərdir.
Problemlərdən biri də arı koloniyalarını məhv edən Asiya eşşəkarılarıdır. “Asiya eşşəkarılarının yayılmasının qarşısının alınması vacibdir. Əks halda bu, “bütün arıçılıq və ekosistem üçün faciə ola bilər”, - deyə arıçılar bildirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar