Xəbər lenti
Səs-küy salan kafelər cərimələnəcəklər – VİDEO
Gecələr səs-küy salanların cərimələnməsi gündəmdədir.
Binaların 1-ci mərtəbəsində olan kafelər və restoranlardan gələn səslər sakinləri narahat edir.
ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.
Sakin:” Səs-küylər gəlir. Çox adamlar yığılır ora”.
Sakin: “Qışqırıqları çox adamı narahat edir. Pəncərəni açmaq mümkün deyil. Açanda da səs-küydən oturmaq mümkün deyil”.
Gecə saatlarında insanların rahatlığını pozan obyektlərin qarşısındayıq. O obyektlər ki, kafe və restoranlardır. Binaların 1-ci mərtəbəsini zəbt edib. Buradan gələn əcayib səslər isə insanlara rahatlıq vermir.
Ənvər Əliyev - AMEA-nin elmi işçisi: “Ümumdünya səhiyyə təşkilatının qaydalarına görə, 50 desibeldən yuxarı əgər səs varsa, orda yaşayış üçün təhlükə var. Amma Azərbaycan səhiyyə nazirliyi onu biraz artırıb olub 56 desibel. Şəhərin mərkəzi küçələrində 1,7 dəfə artıq səs-küy diaqazonu olur. Pik vaxtlarında 90 desibelə çatır. 56-dan 90-a”.
Samir Qasimov - Vəkil: “Saat 00:00 dan tezdən saat 7-yə qədər həddindən artıq yüksək səs etmək qadağandır. Kafelərdən məsələn mahnı oxunursa, uca səslər gəlirsə, bu da ətrafdakı insanları narahat edirsə, onların istirahətinə mane olursa, bu artıq hüquq pozuntusu hesab oluna bilər”.
Azərbaycanda gecə saatlarında səs-küy salan vətəndaşlar inzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə oluna bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar