Xəbər lenti
Soyqırım faktları ilə bağlı
Erməni-daşnak quldurları türk-müsəlman xalqlarına qarşı Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda və Mərkəzi Asiyada soyqırımları törədiblər.
Manevr.az xəbər verir ki, 1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirmiş “26 Bakı komissarları” adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində çoxsaylı yeni faktlar aşkar olunub.
2009-cu ilin yanvar ayında Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin Sahil bağındakı “26-lar”a məxsus məzarlar şəhər qəbristanlığına köçürülərkən məzarlıqda 26 deyil, 23 cəsədin qalığı aşkar olunduqdan dərhal sonra Tarix İnstitutunda xüsusi elmi-tədqiqat qrupu yaradılmış və elmi araşdırmalara başlanılmışdır.
Yeni aşkar olunmuş arxiv sənədləri sübut edir ki, sovet tarix elminə ən ardıcıl bolşeviklərdən biri kimi daxil edilən Şaumyan əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan “Daşnaksütyun” partiyasının üzvü olmuşdur. O, “Daşnaksütyun” partiyasının Bakı komitəsinin üzvü idi.
Arxiv araşdırmaları zamanı Şaumyanla bağlı aşkar olunmuş bir sənəd xüsusi maraq doğurur. Bu sənəd təkzibolunmaz surətdə sübut edir ki, Anastas Mikoyan kimi Şaumyan da “26-lar” sırasında güllələnməyib. Həmin sənəddən məlum olur ki, “26 Bakıkomissarları”nın güllələnməsindən sonra, yəni 1918-ci il sentyabrın 20-dən oktyabrın 1-dək 10 gün ərzində Şaumyana Krasnovodsk həbsxanasında qida verilib. Maraqlıdır ki, qida verilən məhbusların adları və soyadlarının siyahısında Şaumyandan sonra adı göstərilən ikinci məhbus Mikoyandır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar