Xəbər lenti
Murtuza Muxtarovun inşa etdiyi binada cinayət baş verib - Bəstəkardan şok sözlər
Xalq artisti Aygün Səmədzadə Bakıdakı 162 saylı məktəbdə 8-ci sinif şagirdinin özünü 3-cü mərtəbədən atması nəticəsində dünyasını dəyişməsi faktına münasibət bildirərək ictimaiyyətə müraciət edib.
Manevr.az xəbər verir ki, bəstəkar özünün İnstaqramdakı səhifəsində məktəbdəki hadisəyə sərt reaksiya verib.
"Bir azərbaycanlı, vətəndaş, ana, cəmiyyət adamı və milyonların dilində əzbər "Məktəb illəri" mahnısının bəstəkarı olmağım və ən əsas vicdanım məni bunları yazmağa vadar edir. Məktəbdə ölüm baş verib. Şagird intihara sürüklənib.Ya da söyülərək, döyülərək yuxarıdan yerə atılıb. "Ailəsində problem, psixoloji vəziyyətində problem" ifadələri altında əslində bir məktəbin daxili problemləri gizlənir. Uşaq intihar üçün niyə məktəbi seçir. Niyə məktəb uşaqlarına "sus" əmri verilib və niyə valideynlər xəstəxanada ölüm ayağında olan övladın yanına buraxılmayıb? Məktəb ikinci ailədir, evdir deyərdilər. Məktəbdə intihar, məktəbdə əxlaqsızlıq, məktəbdə alver kimi yazı başlıqlarına son zamanlar tez-tez rast gəlinir və hamı oxuyur, izləyir və yan keçir. Hər şeyə ötəri baxa bilərsiz, gülüb, istehza edib yan keçə bilərsiz. Uşaq ölümlərindən başqa. Adını intihar, xəstəlik qoysalar belə...", - deyə Aygün Səmədzadə qeyd edib.
Onun fikrincə, bu hadisə belə soyuqqanlılıqla yaddaşlardan itə bilməz: "İctimaiyyət buna münasibət bildirməlidir. Şəhərin mərkəzində, şəhid Etibar Əliyevin adını daşıyan, Murtuza Muxtarovun inşa etdiyi binada yerləşən 100 yaşlı Azəbaycan məktəbində cinayət baş verib. Bəli, bəli cinayət...Hər bir intiharın arxasında bir cəza, bir müəmma durur. Susdurulmaq cəhdləri varsa, bu daha bir cinayətdir. Bu məktəbdə təcili şəkildə hər sahədə yoxlanılma aparılmalı, şagird-müəllim-direktor münasibətləri, təlim-tərbiyə metodları araşdırlmalıdır.
Bir mahnıya, kiminsə açıq-saçıq geyiminə, tərbiyyəsiz hərəkətinə biganə qalmayıb xərclədiyiniz enerjini bu hadisəyə kökləyin. Reallığa baxın.Həyat sosial şəbəkənin bir dəqiqəlik videoları deyil. O videoların arxasında yüzlərlə günahkar ailə, məktəb, xəstəxana və hüquqları müdafiəyə etməyə qadir hüquq mühafizə orqanları var. Susmayaq! Bu günümüzü,gələcəyimizi qoruyaq!"
Bəstəkar vurğulayıb ki, məktəb böyükdən kiçiyə hamının həyatında var və biganəliklər davam edərsə, belə xəbərlərlə daha tez tez qarşılaşa bilərik: "Susmayaq! Şikayət edək! Etiraz bildirək! Övladlarımızın həyatını, zəkasını, savadını, taleyini müdafiə edək. Bir azərbaycanlı balasının nakam ruhunu şad edək".teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar