Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mən ki, gözəl deyiləm...

Tarix: 07-04-2019 11:32     Baxış: 3156 A- / A+
Mən ki, gözəl deyiləm...

Günay Malikqızı yazır

Gözəl olmaq ya olmamaq? Son günlərin əsas sualı budur.

Təbii ki, gözəl olmaq!

Kim gözəl olmamağı seçər?

Özü də müasir dövrdə gözəl olmaq üçün o qədər imkanlar var ki, təki pul olsun.

Elə sonuncu Azərbaycan gözəli müsabiqəsinin qalibi də gözəl olmağı seçir, daha doğrusu onu seçirlər.

“Niyə seçiblər” sualına dəqiq cavab verə bilənlər yəqin ki, seçənlərdir.

Mənim kimi fani insanlar isə bəlkə bir neçə fərziyə irəli sürə bilər.

1. Birinci yerin qalibi doğrudan da gözəldir, HAMIMIZ anlamırıq. Yəni biz gözəldən anlamırıq, anlayanlar anlayır.

2. Əsas daxili gözəllikdir. Onu görmədiyimiz üçün özümüzdən utanmalıyıq.

3. Ya da gözəllik meyarları dəyişib. Yenə də bizim xəbərimiz yoxdur.

Bəlkə də çox məsələdən xəbərimiz yoxdur. Ancaq Bakıda keçirilən bütün gözəllik müsabiqələrindən sonra eyni mətnli şayiələrin yayılmasından xəbərdarıq.

İnsanların bir ağızdan irəli sürdüyü “yerlər satılıb” iddiası gözəlləri görəndən sonra o qədər də absurd fikrə bənzəmir.

Heç bir fakt olmadan Azərbaycanda gözəllik yarışmalarının “alqı-satqı” prinsipilə işlədiyinin həqiqət olduğunu deyə bilmərəm.

Hətta gözəllik yarışmasının qalibləri əsas titulları “almaqla” gözəllik və estetika ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan “biznes”lərini inkişaf etdirdiklərinə, qiymət qaldırdıqlarına aid eşitdiyimiz dəhşətli şayiələri də qulaqardına vurmaq istəyirəm.

Amma, danılmaz bir həqiqət var ki, Azərbaycanda istənilən gözəllik yarışmasının qalibi məlum olduqdan sonra “əgər o, Azərbaycan gözəlidirsə, mən dünya gözəliyəm” fikri beynimizdən keçir.

Düşünürük ki, ya Azərbaycanda gözəl yoxdur, ya da birinci yerin qalibində başqa keyfiyyətlər var.

Ürəyiaçıqdır...

Xəsislik eləmir...

Pul yatırır, gözəl seçilir ki, davamında daha çox qazansın.

Nəticədə isə bizə bir gözəl görmək qismət olmur.

Görəsən ən adi bir müsabiqəni belə çirkinləşdirməyə bizi nə vadar edir?

Niyə axı maraqlı, zövq verən, əyləncəli müsabiqəni iyrənc dedi-qodu mənbəyinə çeviririk?

Razıyam, haqqında danışdığımız sahədə “saflıq” axtarmaq özü ən böyük saflıqdır. Amma, bütün gözlənilməyən intriqa və oyunları ilə qonşu ölkələrdə uğurlu gözəllik yarışmaları keçirilir.

Ölkənin hər yerindən iştirakçılar qatılır. Yalnız zahiri gözəllikləri yox, dünya görüşü, bacarıqları, hobbiləri müəyyənləşdirilir. Həyatlarını podiuma, səhnəyə həsr edəcək qızlar və oğlanlara təlimlər keçirilir. Elə uzağa getməyək, türk film sektorunun bir çox parlaq isminin keçmişi məhz gözəllik yarışmaları ilə bağlıdır.

Məni düz başa düşün, mən heç kimi gözəl olmamaqda günahlandırmıram. Özüm də gözəllik tanrısı deyiləm ki, başqalarında eyib axtarım. Mənim üçün doğrudan da əsas insanın daxili gözəlliyidir.

Məni anlamaq olar, mən gözəllik yarışması keçirtmirəm, müsabiqəyə də qatılmamışam.

Amma, qalibləri hansı prinsiplə seçdikləri hələ də elm üçün gizli qalan təşkilatçıları anlamıram.

Alınmır da... gözəl seçməyək. Seçə bilmirik.

Ay qardaş siz də bilirsiniz “zorla gözəllik olmur”.

Vallah olmur belə, olmaz belə, qədim peşə sahiblərinə yeni üsulla dəstək olmayın.

Biz də düşünək ki, hardasa şəninə mahnılar bəstələnən Azərbaycan gözəli var, ancaq gözəllik yarışmaları keçirilmədiyi üçün biz onu görmürük.

Gözəl olmaq ya da olmamaq? Məncə, o qədər də vacib deyil.

Əsas bəxtiniz gözəl olsun. Bəxtinizə gözəllik yarışması keçirdə bilməyib, amma, inadla bunu edən təşkilatçıların “seçdiyi” gözəlləri görmək düşməsin.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar