Xəbər lenti
Amerikada əzilən, suda batan maşınlar Bakıda necə satılır? - VİDEO
Qəzaya uğramış və müxtəlif detalları əzilmiş bu avtomobillər Amerika və Cənubi Koreyadan ölkəmizə gətirilir. Son zamanlar Bakıda bu işlə məşğul olan şirkətlərin sayı artmaqdadır. Buna səbəb sözügedən avtomobillər ölkə bazarındakı maşınlardan ucuz başa gəldiyindən onlara tələbatın çox olmasıdır.
Bu işlə məşğul olanlar deyirlər ki, avtomobil internet üzərindən seçilir və sifarişə uyğun olaraq müştəriyə ya Gürcüstanın Poti limanında, ya da Bakıda təhvil verilir. Eyni avtomobilin yerli bazarla müqayisədə qiymət fərqi isə 20-40 %-ə qədər olur.
Bundan başqa, müştəri təmir və gömrük rüsumlarını öz üzərinə götürsə, bu zaman avtomobil müştəriyə təhvil verilərkən qeyd edilən nasaz hissələrdən başqa digər detalların sazlığı təsdiq edilir və problem yarandığında şirkət müştəriyə əlavə ödəniş edir.
Şirkət rəsmisi bildirir ki, avtomobil gətirilərkən Poti limanına qədər təkcə yol xərci 1100-2000 dollar arasında dəyişir. Avtomobilin Bakıya çatdırılması üçün isə əlavə 350-400 dollar ödəniş alınır.xezerxeber
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar