Xəbər lenti
Yağ alarkən diqqətli olun: Saxta yağlar ölkəni bürüyüb - VİDEO
Göyçayda marketdən yağ alan müştəri onu əritdikdə xoşagəlməz mənzərə ilə qarşılaşıb. Yağın böyük hissəsi suya çevrilib və ondan top şəkilli hissəciklər ayrılıb. Mütəxəssislər isə bu yağın insan səhhəti üçün təhlükəli ola biləcəyini bildirirlər.
Qida mühəndisi İsa Əliyev deyir ki, zaman-zaman ölkəmizdə müxtəlif tərkibli yağları kərə yağı adı altında satışa çıxaran işbazlara rast gəlinir. Amma görünür bu yağın tərkibinə həm də çəkiartıran maddələr qatılıb.
İsa Əliyevin sözlərinə görə, bu kimi mənşəyi məlum olmayan məhsullar insan səhhətində fəsadları ağır olan xəstəliklərin yaranmasına səbəb ola bilər. Ona görə də vətəndaşlar xüsusilə yağ alarkən tanınmış və güvəndikləri firmanın məhsullarına üstünlük verməlidirlər.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, sözügedən problemlə qarşılaşan vətəndaş Agentliyin 1003 qaynar xəttinə müraciət edərək məhsulun alındığı ünvan və markası haqqında məlumat verərsə, monitorinq keçiriləcək və həmin məhsuldan nümunə götürülərək laborator müayinə aparılacaq. Nəticələr standartlara uyğun olmasa, qanunvericiliyə uyğun tədbirlər görüləcək.xezerxeber
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar