Xəbər lenti
Sürücülük vəsiqəsi ilə bağlı nələr dəyişdi? - Ekspert AÇIQLADI
Xəbər verdiyimiz kimi Baş nazir Novruz Məmmədov Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında qərar imzalayıb.
Qərara görə, “Sürücülük vəsiqəsinin təsviri”, “Sürücülük vəsiqəsinin spesifikasiyası” və “Sürücülük vəsiqəsinin nümunəsi” təsdiq edilib.
Yeni sürücülük vəsiqələrinin əvvəlkindən fərqli olaraq hansı üstünlüklərə malik olduğunu öyrənmək üçün nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovla əlaqə saxladıq.
A.Allahverənov açıqlamasında bildirib ki, yeni vəsiqələr vətəndaşların xarici ölkələrdəki problemlərini aradan qaldıracaq:
“Müsbət yeniliklər var. Bu yeniliklərin tətbiq olunması olduqca vacib idi. Çünki bir neçə il idi, bizə vətəndaşların xarici ölkələrdə olarkən nəqliyyat vasitəsini icarəyə götürəndə müəyyən problemlərlə üzləşdikləri barədə məlumatlar daxil olurdu. MDB ölkələrinin demək olar ki, əksəriyyəti tanıyırdı. Amma Avropa ölkələrində vətəndaşlar müxtəlif problemlərlə üzləşirdilər. Buna görə də 2018-ci ilin 31 may tarixində Prezident İlham Əliyev fərman imzaladı. Fərmanda Nazirlər Kabinetinə belə öhdəlik tapşırıldı ki, onlar qısa müddətdə sürücülük vəsiqəsində müəyyən dəyişikliklər edib təqdim etsinlər. Bildiyimiz kimi əvvəlki sürücülük vəsiqələrində informasiyalar yalnız Azərbaycan dilində yazılırdı. Bu da xarici ölkələrdə oxunmada müəyyən problemlər yaradırdı. Məsələn, ö,ü və s. Yeni vəsiqələrdə müəyyən olundu ki, mətnlər həm Azərbaycan , həm də ingilis dilində yazılmalıdır. Yeni vəsiqəyə sahib olanlar hər iki dildə informasiya getdiyi üçün xaricdə rahat şəkildə hərəkət də bilərlər”.
Ekspert yeni vəsiqələrdə çiplərin yerləşdirildiyini vurğulayıb:
“Nazirlər Kabinetinin 2 aprel 2019 -cu il qərarında həmin elementlər öz əksini tapıb. Burada 3 konsept göstərilib. Vəsiqənin təsviri, spesifikası və nümunəsi.
Yeni sürücülük vəsiqələrində xüsusi çiplər yerləşdirilib. Çiplərdə zəruri informasiyalar var. Çiplərə faktiki olaraq kodlaşdırılmış informasiya daxildir. Sürücülük vəsiqəsinin sahibi barədə informasiya çipə yerləşdirilir. Bu da bir yenilikdir. Əvvəlki vəsiqədə yox idi.
Başqa bir yenilik isə bu vəsiqələrdə fərdi identifikasiya nömrəsinin olmasıdır. Elektron Hökumət portalı bir çox sahələrdə özünün effektiv işlədiyini göstərir. Nəticə etibarilə həmin elektron portala daxil olmaq üçün əksər halarda FİN-dən istifadə edirik. Sürücülük vəsiqəsinin identifikasiya nömrəsi də daxil ediləcək ki, bu da yeniliklərdən biridir.
Daha bir yenilik bilavasitə sürücülük vəsiqəsi sahibinin hansı kateqoriya sürücüsü olduğunu göstərən elementdir. Əvvəllər kvadrisikllər, trisiklləri idarə etmə hüququ verən vəsiqə yox idi. Amma indi yeni vəsiqəyə A1, B1, C1 alt kateqoriyaları daxil edilməklə bu nəqliyyat vasitələrini idarəetmə hüququ verir. Əsas gözəçarpan elementlər budur”.
A.Allaverənov kənd təsərrüfatı maşınlarınin idarə edilməsi üçün vəsiqələrdəki yenilikdən də danışıb:
“Kənd təsərrüfatı nəqliyyat vasitələrinin idarə olunması üçün özlərinin ayrıca vəsiqələri var. Orada traktorlar və kənd təsərrüfatı texnikası gedir. Onların sürücülük vəsiqəsi bilavasitə Kənd Təsərrüfatı nazirliyi tərəfindən verilir. Yeni qərarda əks olunan müddəa ondan ibarətdir ki, Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinə tapşırıq verib ki,Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla bu kateqoriya üçün nəzərdə tutulan mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələrini təsdiq etsin”.yeni sabah
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar