Xəbər lenti
Kələmin kəskin bahalaşmasının səbəbi bilindi -VİDEO

Bazarlarda kələm bahalaşıb.
Manevr.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, bir müddət əvvəl 1 kiloqramı 70-80 qəpiyə satılan kələmin qiyməti indi 1 manat 40 qəpiklə 2 manat arasında dəyişir.
Satıcılar qiymətlərin kəskin artmasını bir sıra səbəblərlə izah edirlər. Əsas səbəb bölgələrdə, xüsusən də Bərdədə kələmin azalmasıdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə isə deyib ki, qiymətlərin artmasının əsas səbəbi kələm ixracının kəskin artmasıdır.
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda qonşu ölkələrdə yerli kələmə ciddi tələb var. Bu səbəbdən bütün regionda məhsul qıtlığı yaşanır.
Firdovsi Fikrətzadə onu da bildirib ki, yaxın günlərdə bazara Qusardan və digər bölgələrdən məhsul daxil olduqca, qiymətlər stabilləşəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar