Xəbər lenti
Azərbaycanda oğlan oğlanın intim fotolarını çəkdi
Bakıda qadını şantaj etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1996-cı il təvəllüdlü Ramin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Ramin Ağayevin Qaradağ rayonu, Sahil qəsəbəsində Samir Bağırovun (ad və soyad şərti verilib – red.) "İphone" markalı mobil telefon əlinə keçib.
Həmin vaxt Ramin Ağayev Samirin özünün tək və qızlarla olan lüt şəkillərini öz mobil telefonuna köçürüb. Daha sonra o, Sahil qəsəbəsində yerləşən "Delfin heykəli"nin qarşısında Samir ilə təkrar görüşüb.
Həmin fotoları Samirə göstərən Ramin Ağayev ondan 350 manat istəyib, əks halda həmin fotoları internet portallarında yayacağını, bununla onu rüsvay edəcəyini söyləyib.
Şantajla üzləşdiyini görən Samir Bağırov hüquq-mühafizə orqanlarına şikayət edib, Ramin Ağayev həbs olunub.
İstintaq orqanı tərəfindən Ramin Ağayevin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (h ədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Qaradağ rayon Məhkəməsinin hökmü ilə Ramin Ağayev 2 min manat cərimə olunub. Seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, Ramin Ağayevə cəza verilməsini istəyib.
Prokurorun protesti Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Protest təmin olunub və Qaradağ rayon Məhkəməsinin hökmü dəyişdirilib.
Yeni hökmə əsasən, Ramin Ağayevə 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
Bu hökmdən narazı qalan Ramin Ağayev kasasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin kasasiya şikayətinin dəlilləri araşdırılıb.
Ramin Ağayevin kasasiya şikayəti təmin olunmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar