Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentin göstərişi ilə Türkiyəyə göndərilən gənc iki dəfə əməliyyat olundu - ŞƏKİL

Tarix: 04-04-2019 10:53     Baxış: 4288 A- / A+
Prezidentin göstərişi ilə Türkiyəyə göndərilən gənc iki dəfə əməliyyat olundu - ŞƏKİL


Prezident İlham Əliyevin göstərişi ilə müalicə olunmaq üçün Türkiyəyə göndərilən Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Zaman Muradov Heydər Əliyev Fondunun dəstəyilə İstanbul şəhərindəki "Liv Hospital"da gözlərindən iki dəfə əməliyyat olunub.

Manevr.az-ın xəbərinə görə, bu barədə report-a Zaman Muradov özü məlumat verib.

O, bu gün səhər saatlarında Bakıya qayıtdığını bildirib: "Gözlərimdən iki dəfə əməliyyat olundum. Doğrudur, ağır əməliyyat keçdi. Amma şükürlər olsun ki, hər şey yaxşı oldu. Görmə qabiliyyətim əvvəlkinə nisbətən yaxşılaşıb. Amma müalicəm Bakıda davam etdiriləcək. Gözlərimi əməliyyat edən həkimlər Bakıda məni müalicə edən həkimlərlə mütəmadi olaraq əlaqə saxlayacaqlar”.

O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, Z.Muradov göz təzyiqi xəstəliyindən əziyyət çəkir.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Zaman Muradovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi: "Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik".

Prezidentin göstərişi ilə Türkiyəyə göndərilən gənc iki dəfə əməliyyat olundu - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar