Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda küçədən qız uşağı tapılıb - Onu dilənməyə məcbur ediblər - VİDEO

Tarix: 03-04-2019 22:51     Baxış: 4215 A- / A+
Bakıda küçədən qız uşağı tapılıb - Onu dilənməyə məcbur ediblər - VİDEO


Bakıda polis əməkdaşları küçədən təxminən 6 yaşlı qız uşağını tapıblar. Araşdırma zamanı onun naməlum şəxs və ya şəxslər tərəfindən diləndirildiyi məlum olub.

Hadisə ötən gün axşam saatlarında baş verib.

Nəsimi rayonu 19-cu polis bölməsinin əməkdaşları "3-cü mikrorayon" dairəsi ətrafında təxminən 6 yaşlarında olan qız uşağını kimsəsiz şəkildə aşkar ediblər. Bundan sonra isə polis əməkdaşları həmin uşağı Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətiriblər.

Mərkəzin koordinatoru Vasif Akiflinin sözlərinə görə, uşaq mərkəzə gətirilən zaman sağlamlığında problem olmayıb. Amma araşdırma zamanı uşağın dilənməyə məcbur edildiyi məlum olub.

Vasif Akifli bildirdi ki, uşağı diləndirməyə məcbur edən şəxs və ya şəxslərin məsuliyyətə cəlb olunması üçün Daxili İşlər Nazirlyinə müraciət olunacaq.

Uşağı tanıyanlardan Azərbaycan Uşaqlar Birliyinin 055 466 08 06 nömrəli qaynar xəttinə zəng vurmaları xahiş olunur.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar