Xəbər lenti
Avtomobil aldı, amma idarə edə bilmədi - SƏBƏB - VİDEO
Vətəndaş aldığı avtomobili idarə edə bilmir. Səbəb avtomobilin əvvəlki sahibinin ödənməmiş cəriməsidir.
Manevr.az-ın məlumatına görə, avtomobili alıb adına rəsmiləşdirən şəxs sonradan nəqliyyat vasitəsinin cəriməsinin oduğunu öyrənib.
Hadisə Şəki sakini Feyzulah İsmayılovun başına gəlib. Sürücü deyir ki, ötən ilin dekabr ayında Gəncədə yaşayan Hüseyn Musayevdən ''Opel'' markalı minik avtomaşını alıb. Avtomobili dərhal yol polis şöbəsinə gətirərək öz adına rəsmiləşdirib. Həmin vaxt avtomobilin heç bir cəriməsinin olmadığı sürücüyə bildirilib. Avtomobili bir müddət idarə etdikdən sonra sürücünü yol polisi saxlayaraq 400 manat cəriməsi olduğunu deyib.
Feyzulah İsmayılov iddia edir ki, avtomobilinə yazılmış 400 manar cərimə əvvəlki sahibinin vaxtında yazılıb. O, nəqliyyat vasitəsini idarə edərkən heç bir qayda pozuntusuna yol verməyib. Hazırda Feyzulah İsmayılov törətmədiyi cəriməyə görə maşını sürə bilmir.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov ''Xəzər Xəbər''ə bildirdi ki, avtomobilə tərtib edilən cərimə məbləği ödənmədiyindən iş məhkəməyə göndərilib. Məhkəmə prosesi davam etdiyi vaxtda cərimə sistemdə görünmür. Buna görə də alqı-satqı əməliyyatı həyata keçirilib. Bundan sonra məhkəmə qərar çıxarıb. Qərara müvafiq olaraq da avtomobil Şəkidə saxlanılıb. Həmin vətəndaş avtomobilini idarə etmək üçün qayda pozuntusu törətmədiyi barədə məhkəməyə müraciət etməlidir. Belə olan halda qayda pozuntusunu törədən şəxs cəriməni ödədikdən sonra yeni sahibi avtomobili idarə edə bilər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar