Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Soyqırım günündə kef edən “Space”in vitse-prezidenti: “Millətin əhvalını qaldırmaq lazımdır”

Tarix: 31-03-2019 23:36     Baxış: 3261 A- / A+
Soyqırım günündə kef edən “Space”in vitse-prezidenti:

Bu gün 31 Mart Dünya Azərbaycanlılarının Soyqırım Günüdür.

Bu münasibətlə bütün kanallar əyləncəli verilişləri yığışdırsa da, “Space” kanalı əksinə, “Ad günü” adlı musiqili-əyləncəli proqram nümayiş etdirib. Vətəndaşlar isə buna etiraz edərək sosial şəbəkələrdə kanal rəhbərliyini, həmin verilişdə iştirak edən müğənniləri tənqid edib.

Məsələ ilə bağlı bizimyol.info-ya açıqlama verən “Space” telekanalının vitse prezidenti Kamil Şahverdiyev telekanalın yayımında dəyişiklik etdiklərini, insanların əhval ruhiyyəsini qaldırmaq istədiklərini bildirib.

“Proqram bügünə uyğun hazırlanmışdı.Veriliş canlı olmayıb, əvvəlcədən çəkilmişdi. Bu gün üçün çəkilmiş proqram idi. Müğənnilər oxudular, biz düşündük ki, bu günü ağlaşma üzərində də qurmaq olmaz.Bir az millətin ruhunu qaldırmaq lazımdır.”

Qeyd edək ki, Mikayıl Güləddinoğlunun aparıcılıq etdiyi verilişdə mərhum müğənni Məhəbbət Kazımovdan bəhs edilib.

Əməkdar artistlər Yusif Mustafayev, Cavanşir Məmmədov, müğənnilər Nazənin Rühəngiz Musəvi və başqaları proqramda mahnılar səsləndirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar