Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

DİQQƏT! Bakıda saxta maşın nömrələri çap edilir - VİDEO

Tarix: 29-03-2019 21:53     Baxış: 3189 A- / A+
DİQQƏT! Bakıda saxta maşın nömrələri çap edilir - VİDEO


Sosial şəbəkələrdə indi də saxta avtomobil nömrələri satılır. Müəyyən səhifələrdə sürücülərə müxtəlif ad və soyadların olduğu istənilən formalı dövlət qeydiyyat nişanı təklif olunur. Təəssüflər olsun ki, belə nömrələri alıb avtomobilin üzərinə bağlayıb idarə edən sürücülər var. Halbuki bu, qanunla qadağandır.

''Baba- 614'', ''Xuliqan'', ''Bakılı-211'' və sadalamadığımız digərləri..

Son vaxtlar sosial şəbəkələrdə üzərində Azərbaycan bayrağı və şəxs adları yazılmış avtomobil nömrələri satılır. Hətta Avropa ölkələrinə məxsus nömrələrə də belə adlar yazılaraq sürücülərə təklif edilir.

''İnstaqram'' sosial şəbəkəsində fəaliyyət göstərən belə səhifələrdən birində qeyd edilib ki, nömrələr xarici ölkədə hazırlanır. Əlaqə üçün qeyd edilən mobil nömrə isə Türkiyəyə məxsusdur. Səhifədə qeyd olunan mobil telefona zəng çatmadığından ''votsap''la zəng vurduq. Qarşı tərəf isə yazaraq qeyd etdi ki, onlar danışmırlar və sifarişləri ancaq yazılı şəkildə qəbul edirlər. Nömrənin bir ədədini 30, cütünü isə 60 manata hazırlayıb bir günə karqo ilə göndərirlər. Üstəlik, onlar belə nömrələr ilə avtomobil idarə etməyin qanunla qadağan olunduğunu bildiklərini də etiraf etdilər.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, onlar Bakıda hansısa gizli sex açaraq fəaliyyət göstərirlər. Çünki bir günə sifariş qəbul edib, nömrə hazırlayaraq xarici ölkədən göndərmək mümkün deyil.

Qeyd edək ki, bu cür nömrələr adətən toy karvanında hərəkət edən gənc sürücülərin avtomobillərində olur. Onlar bəyin adını nömrəyə yazdırmaqla ona sürpriz etdiklərini düşünürlər. Amma bu, qanunla qadağandır və yol polisi belə sürücüləri aşkarladıqda onları dərhal cərimə edir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirdi ki, belə sürücülər ərazidə xidmət aparan yol polisi tərəfindən aşkar edilən kimi avtomobil cərimə meydançasına aparılır. Onların barələrində 4 bal və 60 manat cərimə tətbiq edilir. Saxta nömrə isə əlindən alınaraq ona xəbərdarlıq olunur.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar