Xəbər lenti
Hərbi ekspert: Azərbaycan zabitinə ancaq erməni xislətli hakim belə edə bilərdi
"Şəhid zabit dostumuz, polkovnik-leytenant rütbəsinə kimi öz zəhməti ilə çatan mərhum Sənan Axundovun ailəsini faktiki çölə atmaq ancaq erməni qanı olan, erməni xisləti olan bir adama və ya adamlara xas ola bilərdi. Bunu da biz gördük. Bu nə rəzalət, bu nə vicdansızlıq və xəyanətdir?! Mənə irad tuta bilərlər ki, əgər Ali Məhkəmə səviyyəsində bu qərar verilibsə, deməli, o qərara hörmətlə yanaşmaq lazımdır. Razıyam, amma və lakin".
Manevr.az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərli deyib.
Ekspert bildirib ki, heç kimə sirr deyil ki, Azərbaycanda adəti üzrə bütün məhkəmə hakimləri qərar qəbul etməzdən əvvəl vəziyyəti öz sədrləri ilə müzakirə edir və sonra bəzən ədalətli, bəzən də çox insafsız, mən deyərdim vicdansız qərarlar qəbul edirlər: "Şəhid zabitimizin ailəsinin mənzil məsələsi ilə bağlı Ali Məhkəmə instansiyasına kimi yerli, apelyasiya instansiyaları da dəqiq bilməsəm də, qərarlar veriblər. Çox istərdim ki, Sənan qardaşımızın ailə üzvləri o qərarları bizə versinlər ki, biz o hakimlərin kimliyi haqqında ictimaiyyətə geniş bilgi verək. Mütləq mənada. Sizə söz verirəm ki, sonuncu instansiya məhkəmələrindən biri sayılan Ali Məhkəmənin biznesmen, pullu İsfəndiyar üçün bəlkə də sifarişlə, ya müəyyən maraqlar müqabilində qərar çıxaran Mülki kollegiya üzvlərini bir-bir sizə tanıdacağam. Hətta ola bilsin ki, onlardan kimsə mənə dost və ya tanış olan hakimlərdən olsun, fərq etməz.
Erməninin Azərbaycan zabitinə etmək istədiyini, özü də olmasa, ailəsinə qarşı bu cür addımı ancaq erməni xislətli hakim və ya hakimlər edə bilərdi. Mən qanunlara hörmətlə yanaşan insan kimi deyirəm ki, heç bir qanun Vətən yolunda canını fəda etmiş Şəhid zabitin ailəsinə qarşı bu cür amansız, xəyanətkar addımı atmağa imkan verməz. Çox sağ olsun, hörmətli 1-ci vitse-prezident Mehriban xanım Əliyeva. İmkan vermədi ki, erməni xislətli, erməni sevdalı şəxslər sevinsinlər. Hesab edirəm ki, o qərarı verən hakimlər də Məhkəmə-Hüquq Şurası tərəfindən ciddi şəkildə araşdırılmalı və lazımı ölçü götürülməlidir.
İmkan tapıb, üzümü Şəhid ailəsinə qarşı ədalətsiz mövqe tutan hər bir kəsə, Şərurlu İsfəndiyardan tutmuş, Ali Məhkəmənin hakimləri və ən çox da sədr Ramiz Rzayevə deyirəm: çox böyük ayıblar və yazıqlar olsun sizə! Bu həmin Ramiz Rzayevdir ki, onun haqqında mən hələ 1994-cü ildə o Beyləqanda mülki prokuror olanda, qaçıb müharibədən uzaqda dayandığına görə mərhum eks-prezident Heydər Əliyevə şəxsən Silahlı Qüvvələrin general və zabit rəhbər heyətinin iştrakı ilə keçirilən müşavirədə narazılığımı, narahatçılığımı bildirmişdim. Bu həmin Ramiz Rzayevdir ki, özünün xüsusi simpatiyası olan dostları və həmfikirləri Tatyana Qoldmanı Ali Məhkəmədə, Valentina Zipinyovanı Yasamal Rayon Məhkəməsində, eləcə də onlarla azərbaycan dilində normal danışa bilməyən adamları gətirib bizim taleyimizlə oynadırdı. Mənim Tatyana Qoldmana Ali Məhkəmənin binasında sərt şəkildə "gedin əvvəl azərbaycanca normal danışmağı öyrənin, sonra mənə qanunlardan danışarsınız, sözlərim şükürlər olsun ki, onlarla insanın gözləri qarşısında baş vermişdi. Sonra o iş Avropa İnsan Hüquqları Məhkəməsində çox böyük səs-küylü rezonansa səbəb oldu və vəkillərin sayəsində mənim xeyrimə həll olundu.
Azərbaycanın məhkəmə-hüquq sistemində də çox ciddi təmizlənmə işləri aparılmalıdır. Əgər bunlar Şəhid Zabitin Ailəsinə qarşı bu cür ədalətsiz və heç bir məntiqə, vicdana, insanlığa sığmayan qərar qəbul etməyi özlərinə rəva görürlərsə, deməli onların azərbaycanlı hakim olmalarına mən şübhə edirəm.
Allah Şəhidlərimizə rəhmət eləsin. Ailələrinin qarşısında baş əyirəm!
Tanrı Azərbaycanımızı bu cür rəzalətlərdən və qandonduran hərəkətlərdən, bu vəziyyətin yaranmasına rəvac verən şəxslərdən hifz eləsin!".yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar