Xəbər lenti
“Diqlas” rəhbərliyindən açıqlama - “Yenidən tikiləcək”
Martın 26-da "Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində 381 zərərçəkən müəyyənləşib.
Bunu "Dilqas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov son vəziyyətlə bağlı danışarkən bildirib.
A.Rəhimovun sözlərinə görə, sahibkarlara dəyən zərər yaradılmış Komissiya tərəfindən müəyyən olunacaq: "Orada çalışan hər kəs bir-birini tanıyır və təxminən kimin hansı maliyyəyə sahib olması məlumdur. İdarəçilər də bu barədə məlumatlıdırlar. 3 manat aşağı, 5 manat yuxarı, hamısı dəqiqliklə müəyyənləşdiriləcək”.
Direktor müavini ticarət mərkəzinin sökülərək yenidən tikilməsi məsələsinə də aydınlıq gətirib: "Fövqəladə Hallar Nazirliyi yerində araşdırma aparacaq və onların rəyindən sonra binanın nə qədər dayanıqlı olması müəyyənləşəcək. Dayanıqlılıq normalara uyğundursa, təmir olunacaq. Yox, normalara uyğun olmayacaqsa, sökülərək, yenidən tikiləcək”.
A.Rəhimov həmçinin qeyd edib ki, sahibkarların müxtəlif ticarət mərkəzlərində yerləşdirilməsi üçün işlər gedir: "Biz bunun üçün çalışırıq. Bildiyiniz kimi, ilkin olaraq sahibkarlara maddi dəstək olunmalıdır ki, onlar mal ala bilsinlər. Vəsait əldə edildikdən sonra onların müxtəlif yerlərdə yerləşdirilməsinə başlanacaq”.
Direktor müavini vəsaitin zərərçəkənlərə ödənilməsi prosesinə Komissiyanın rəyindən sonra başlanacağını deyib. /modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar