Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın yeni silahı Ermənistanı SİLKƏLƏDİ - İrəvan TƏŞVİŞ İÇİNDƏ/VİDEO

Tarix: 28-03-2019 16:48     Baxış: 3278 A- / A+
Azərbaycanın yeni silahı Ermənistanı SİLKƏLƏDİ - İrəvan TƏŞVİŞ İÇİNDƏ/VİDEO


Azərbaycanın Belarusda "Lektor" 7A0917 artilleriya kompleksi alması Ermənistanda təşviş və narazılıq yaradıb.

Ermənistan mediası Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında müttəfiqlik öhdəliklərinə əməl etmədiyini yazır.Erməni şərhçi Qraçya Qalustyan yazır ki, Belarus növbəti dəfə Azərbaycanı Ermənistandan üstün tutdu.

"Ermənistan rəhbərliyi isə bu məsələdə Belarusda heç bir izahat tələb etmir, eynilə köhnə hakimiyyətin getdiyi yol ilə gedir", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın əldə etdiyi yeni silah Belarusun "Aqat İdarəetmə Sistemləri" şirkətinin istehsalı olan 7A0917 "Lektor" daşınan artilleriya atəş idarəetmə kompleksidir. Silahlanmaya yeni qəbul edilmiş kompleks mart ayının ortalarında keçirilmiş hərbi təlimdə istifadə olunub.

Batareya komandiri üçün nəzərdə tutulan kompleksin tərkibinə radiostansiya, "Kaponir" elektro-optik müşahidə sistemi, VM2307 markalı tablet, batareyanın baş zabitinin texniki vasitələrinin tərkibinə radiostansiya, GMX500 meteostansiyası və VM2307-in tableti, top komandirləri üçün VM2306 əl tableti, radiostansiya və silahı tənzimləmə üçün alətlər daxildir.

Texniki vasitələr artilleriya batareyasının idarə edilməsi və atış hazırlığı ilə bağlı bütün məsələləri həll etməyə imkan verir. "Lektor" kompleksi ilk dəfə fevral ayında Abu Dabidə keçirilmiş İDEX-2019 sərgisində nümayiş etdirilib. İstehsalçının məlumatına görə, kompleksin sınaqları tamamlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar