Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: "Maaş və pensiyalar yenə artacaq"

Tarix: 28-03-2019 07:53     Baxış: 3251 A- / A+
Deputat: "Maaş və pensiyalar yenə artacaq"

"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər keçirilir"
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.

O, bildirib ki, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub: "2019-cu ilin ilk iki ayında sosial sahədə atılan addımlar heç də təsadüfi, hər hansı impulsiv qərar deyil. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Son imzalanan sərəncamlar da bir və ya iki ayın işi deyil, onların üzərində aylardır ki, iş gedib".

M.Quliyevin sözərinə görə, sərəncamlar imzalanmamışdan öncə onların maliyyə tutumluluğu, əhatə edəcək əhalinin sayı, inflasiyaya dayanıqlığı hesablanıb.

"Bütün bunlar sadə məsələlər deyil, uzun illər görülən, hesablanan işləri məntiqi nəticəsidir. Prezident İlham Əliyev də bəyan edib ki, 2019-cu il əhalinin sosial müdafiəsi sahəsində xüsusi bir il olacaq. Yəni 2017-ci il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf, 2019-cu il isə sosial inkişaf və rifah ili kimi xalqımızın tarixinə düşəcək.

Azərbaycan Prezidentinin əhalinin sosial müdafiəsi istiqamətində atdığı addımlar, xalqın lideri kimi xalqın qayğısına qalmasının əyani nümunəsi və ifadəsidir. Son zamanlar həm sosial müavinətlərin, pensiyaların, təqaüdlərin, minimum əmək haqlarının və digər əhalinin rifahına təsir edən qərarların verilməsi də bu baxımdan böyük önəm kəsb edir. Bütün bunlar konkret olaraq dövlətin inkişafı, əhaliyə yönəlik siyasətin nümunəsidir".

Deputat qeyd edib ki, ölkə başçısı tərəfindən imzalanan sərəncamlar təxminən 3 milyona yaxın insanı əhatə edir. Bununla da, dövlət büdcəsinin üçdə birindən çoxu sosial xərclərə yönəlmiş olur ki, bu da büdcəmizin sosial yönümlü olduğunun əlamətidir.

"Ölkə başçısının da söylədiyi kimi bu sərəncamlar davamlı olacaq. Minimum, orta aylıq əmək haqları, pensiyalar artacaq, yeni iş yerləri açılacaq, bütün bunlar əhalinin sosial rifah halının güclənməsinə, ölkəmizi sosial rifah dövlətinə gətirib çıxaracaq. Bu bir daha göstərir ki, Azərbaycan dövlətinin mahiyyəti sosial müdafiə, sosial rifah və vətəndaşa yönəlik siyasət istiqamətində qurulub. Beləliklə, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır".azvision.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar