Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda orijinal toy dəvəti - Şəkil

Tarix: 28-03-2019 07:24     Baxış: 3352 A- / A+
Azərbaycanda orijinal toy dəvəti - Şəkil

Qazax rayonunun Ermənistanla sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşən Məzəm kəndində sakinlərin toya dəvət olunması ilə bağlı maraqlı və orjinal bir ənənə formalaşıb.
Manevr.az şərq.az-a istinadən xəbər verir ki, təxminən 500 nəfərdən ibarət olan bu sərhəd kənddə toy dəvətnaməsi hər kəsin evinə göndərilmir. Hər hansı bir kənd sakini övladına toy, düyün edərsə və ya övladının müəssər olduğu nailiyyətlərlə bağlı ziyafət verərsə, bununla bağlı ümumi bir dəvətnamə yazılır.

Kənd sakinlərinin daha sıx, eyni zamanda tez-tez toplaşıb müzakirələr apardığı bir məkandakı ağaca vurulur. Və bütün kənd sakinləri mərasimə dəvət olunurlar. Bunun yaranmasını zəruri edən isə həmin kənddə yaşayan əhalinin sayının azlıq təşkil etməsi olub.

Əhalisi az olan kəndlərdə hər hansı bir toy, nişan olarsa, bütün kənd əhli mərasimə dəvət olunur. Qeyd edək ki, məlum ənənə uzun müddətdir, davam edir.

Kənd sakinləri bu adəti davam etdirəcəklərini söyləyirlər. Onlar bu toya dəvət metodunun çox rahat, səmimi və anlayışlı olduğunu düşünürlər.
Azərbaycanda orijinal toy dəvəti - Şəkil


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar