Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Adil Əliyev iddialara aydınlıq gətirdi: “Qardaşım Məhərrəm Əliyevin “Diqlas”la bağlılığı yoxdur”

Tarix: 27-03-2019 16:48     Baxış: 3335 A- / A+
Adil Əliyev iddialara aydınlıq gətirdi: “Qardaşım Məhərrəm Əliyevin “Diqlas”la bağlılığı yoxdur”

Milli Məclisin deputatı Adil Əliyev yanan “Diqlas” Ticarət Mərkəzinin bir hissəsinin onun qardaşı, ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevə məxsus olması ilə bağlı məlumatlara münasibət bildirib.
Manevr.az xəbər verir ki, A.Əliyev bu barədə Facebook-dakı statusunda yazıb. A.Əliyev yazıb ki, Məhərrəm Əliyevin nə “Diqlas”, nə də hər hansı ticarət obyektinə birbaşa və dolayısı ilə bağlılığı yoxdur.

O, qeyd edib ki, dayısı oğulu Nadir Əzizovun ticarət mərkəzi var, adı da “Ramal”dır: “Həmin ticarət mərkəzi Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti - istər “Diqlas”, istərsə də “Ramal” - özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz, namusumuz şərəfimizdir. Kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.

Musavat.com xatırladır ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət mərkəzi tamamilə yararsız hala düşüb.

Sosial şəbəkələrdə və bəzi saytlarda sözügedən ticarət mərkəzinin bir hissəsinin Məhərrəm Əliyevin qohumlarına məxsus olması ilə bağlı məlumatlar yayılmışdı.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar