Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kəramət Böyükçöl meyxanaçını məhkəməyə verir - təhdid və təhqirə görə - VİDEO

Tarix: 26-03-2019 19:30     Baxış: 3256 A- / A+
Kəramət Böyükçöl meyxanaçını məhkəməyə verir

“Mənzərə aydındır. Bu videoya baxan istənilən tamaşaçı özlərini şair adlandıran bu şəxslərin mədəni-intellektual səviyyələri haqqında özündə təəssürat yarada bilər”.
Bu sözləri ARB efirindən meyxanaçıların təhdid və təhqirlərinə məruz qalan yazıçı-jurnalist Kəramət Böyükçöl söyləyib.

O, daha sonra əlavə edib: “Əlbəttə, bu şairciyəzlər zülmət aşiqləridir. Onlara xalqın gözünün bağlı olmağı sərf edir. Onlar incəsənətə, işıqlı olan hər şeyə düşməndirlər. İmkanları olsaydı, Üzeyir bəyi, Mirzə Cəlili, Mirzə Fətəlini beşikdə boğardılar. Çünki o möhtəşəm insanlar xalqı cəhalət və nadanlıq yuxusundan ayırmağa cəhd etmişdi. Harda zülmət var, harda nadanlıq var, harda avamlıq, bisavadlıq varsa meyxana ordadır. Xalqın gözü açılsa onları toya çağıran olmaz. Onlar beş-üç manata görə bütöv bir xalqın gələcəyini satmağa hazır olan fariseylərdir. Ona görə də mənim sözlərimdən narahatdırlar. Ona görə də işığı qapamaq istəyirlər. Və bu əsəbi şəraitdə onların illərdir üzlərinə taxdıqları maska yırtılıb düşür. Onların əsl siması budur, nadan, söyüşcül, bisavad...”

Sözünün sonunda Kəramət Böyükçöl onu efirdən təhqir və təhdid edənləri məhkəməyə verəcəyini bildirib.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar