Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Jurnalistlər kənardan heç bir qurumun hədiyyəsini qəbul etməməlidir...” - Ekspert...

Tarix: 25-03-2019 16:06     Baxış: 3214 A- / A+
“Jurnalistlər kənardan heç bir qurumun hədiyyəsini qəbul etməməlidir...”

Bu il aprelin 12-də Azərbaycanda avtomobil sektorundan yazan jurnalistlərin və ekspertlərin Birinci Forumu keçiriləcək və jurnalistlərə hibrid avtomobillərinin verilməsi təklif olunacaq.
Məsələyə münasibət bildirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət moderator.az-a açıqlamasında məsələnin mənfi və müsbət tərəflərindən danışdı:

“Jurnalistikada ixtisaslaşma gedirsə, o sahəni bilmək vacibdir. Əgər söhbət konkret olaraq avtomobil sənayesindən gedirsə, bu haqda yazan jurnalistlərin də bu sahəni öyrənməsi lazımdır. Burda sadəcə olaraq avtomobil sahibi olub, avtomobil sürməkdən tutmuş, yol infrastrukturu və bütövlükdə avtomobil sənayesinin öyrənilməsinə qədər faktorlar mövcuddur. Bu, faktorları mənimsəməyən jurnalistlərin yazısında yetərincə, inandırıcı məlumatlar özünü göstərməyəcək. O baxımdan redaksiyalar və qurumlar jurnalistlərin bu cür məsələrlə bağlı dəyərləndirmələrinin daha keyfiyyətli aparılması üçün onların avtomobillə təmin edilməsi haqda məsələ qaldırırsa, bu yerinə düşür. Amma hansısa şirkət bu avtomobili götürüb jurnalistlərə hədiyyə verərsə, bu doğru olmaz. Jurnalistlər kənardan heç bir qurumun hədiyyəsini qəbul etməməlidir. Qəbul edəcəkləri təqdirdə, onların oyektivliyinə kölgə düşmüş olacaq. Bu təşəbbüsü irəli sürən şəxslər məsələnin bu tərəfini də düşünməlidirlər”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar