Xəbər lenti
"Erməni konyakı"nın müəllifi ermənilər yox, Azərbaycan almanlarıdır - ALMAN ALİMDƏN ŞOK İDDİA
Berlinin Humbolt universitetində alman tarixçi alimlərlə birgə "Bakının multikultural həyatında almanların rolu" adlı konfrans keçirilib.
Konfrans Humbolt Universiteti və Almaniya azərbaycanlılarının "Birlik İnteqrasiya və Biznes İnkişaf Mərkəzi", eyni zamanda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda alman tarixçi alimləri və professorlar - Döke Volfqanq, Geike Rainer, Tamara Tşernova, Konqrad Günter və universitetin fakültə dekanı, professor Aux Eva-Mariya, azərbaycanlı tədiqatçı Fuad Axundov, eyni zamanda təşkilatçı mərkəzin sədri, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Emin Salayev, qurumun fəalları - Fərid Tağıyev, doktor Adil Bayramov, müxtəlif millətlərdən olan tədqiqatçılar, diaspor nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən A.Eva-Mariya bu il almanların Qafqazda, xüsusilə Azərbaycanda məskən salmasının 200 illiyinin tamam olduğunu xatırladaraq, 1819-cu ildə Çar Rusiyası tərəfindən təşkil edilən prosesin mahiyyətindən danışıb. O, 1940-cı illərdə SSRİ rəhbərliyi tərəfindən tamamilə Orta Asiyaya sürgün edilən alman ailələrin Azərbaycanda ilk olaraq Helenendorf və Annenfeld (indiki Gəncə, Şəmkir və Qazax ərazilərində) məskən saldığını qeyd edərək, onların Azərbaycan tarixindəki rolundan danışıb. Alim tarixən tolerant və mədəni müxtəlifliyə malik Azərbaycanda almanların mədəni inkişafını xüsusi qeyd edib, habelə hazırda Bakıda qorunub saxlanılan alman mədəni abidələrindən söz açıb: "Biz uzun araşdırmalarımızla Qafqazdan Qars əyalətinə qədər hər nüansı izlədik. Bu bölgədə tarixən indiyə qədər azərbaycanlılarla yanaşı, almanların gürcülərlə də bağlılığını tapsaq da bu barədə ermənilər ilə bağlı heç bir izə rast gəlmədik. Bu bölgədə ümumiyyətlə ermənilərlə əlaqəli heç bir mədəni iz yoxdur. Hətta bu gün hər yerdə "erməni konyakı" adı ilə təbliğat aparırlar, əslində konyakın yaradıcısı Azərbaycanın Tovuz rayonunda həmin vaxt məskunlaşan almanlar olub”- deyən tarixçi alim bununla bağlı faktları nümayiş etdirib.
Konfransda tədqiqatçı Fuad Axundov Azərbaycanda, xüsusilə Bakıda iz qoyan alman kökənli tarixi şəxslərdən, yeni faktlardan söz açıb. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) alman deputatlarından tutmuş Bakıdakı tarixi binalarda və digər layihələrdə almanların izi ilə bağlı slaydlardan ibarət geniş mühazirə söyləyən F.Axundov iştirakçılara yeni faktlar da təqdim edib.
Konfrans iştirakçıların disskusiyaları ilə davam edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar