Xəbər lenti
Qar Azərbaycanın ən məşhur kəndinə gedən yolu bağladı - ŞƏKİL
Yolun 12 yerində qar uçqunu baş verdi
Quba-Xınalıq yolunun 36 və 37-ci km-liklərində bu gecə 3 radələrində yenidən qar uçqunu baş verib.
Səhər saatlarından 2 ağır texnika əraziyə cəlb olunub. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba yol istismar MMC-nin əməkdaşları yolun açılması üçün iş aparır. Hələliksə Xınalıq istiqamətinə 7 kəndin rayon mərkəzilə əlaqəsi tam kəsilib
10:28
Quba-Xınalıq yolunda qar uçqunu səbəbindən kritik vəziyyət yaranıb.
Manevr.az istiPress-in şimal bürosunun məlumatına görə bildirir ki, yolun 32-37-ci kilometrliklərində 12 yerdə qar uçqunu baş verib və Xınalıq istiqamətinə yol bağlanıb.
Ərazidə yolun qardan təmizlənməsini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba 5 saylı yol istismar MMC-nin sahə ustası Bilal Sultanov bildirib ki, hazırda yolda 60 sm-ə yaxın qar var.
Uçqun baş vermiş hissələrdə isə qarın hündürlüyü 1, bəzi yerlərdə 2 metrdən çoxdur. Bilal Sultanovun məlumatına görə, yolun təmizlənməsinə cəlb olunan 2 texnikada nasazlıq yarandığından işləri tamamlamaq mümkün olmayıb. Bu gün uçqun baş vermiş yola əlavə texnika gətiriləcək yolun təmizlənməsi başa çatdırılacaq.
Hələlik yolda Xınalıq istiqamətinə cüzi bir cığır açılıb, xüsusi zəncir vurulmuş avtomobillər hərəkət etsə də əksər maşınlar yolda qalıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar