Xəbər lenti
Elçin Şıxlı: "O məmurlar hələ ki orda oturub, mediada heç bir islahat gözləmirəm"
Prezident İlham Əliyevin ölkənin müxtəlif sahələrində problemlərin həlli ilə bağlı atdığı atdımlar cəmiyyətdə müsbət qarşılanır və eyni zamanda gözləntilər yaradır. Bu çərçivədə media sahəsində hansı addımlar atıla bilər?
Manevr.az xəbər verir ki, fəaliyyəti dayandırılmış “Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, atılacaq addımlar barədə danışmaqdan yorulub: “Təkrar etməkdən yorulmuşam. Ona görə nə addım atılacaq hələ bilmirəm. Atılsın sonra fikrimi deyəcəm. Təklifim çoxdur.
Birincisi, gərək hər şey kökündən dəyişdirilsin. Media ilə işləyən adamlar ya dəyişdirilsin, ya da onları elə islah edəsən ki, beyinləri düzəlsin. Beynin düzəlməsi də mümkün deyil. Çətin məsələdir. Təkliflər vermişəm, indi daha vermək istəmirəm. Bəsdir. Hər şey ortalıqdadır, illərdi deyirik. Qəzet yayımı sistemi məhv edilib. Bu bərpa olunmalıdır.
Reklam bazarı mümkün qədər özünə gətirilməlidir. Siyasi qadağalar olmamalıdır. Kimə reklam vermək olar, kimə olmaz məsələsi aradan qaldırılmalıdır. Bunu da hakimiyyətdə oturan müəyyən məmurlar edir. O məmurlar da hələ orda oturub, ona görə heç bir islahat gözləmirəm”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar