Xəbər lenti
İlahiyyat İnstitutunda Bayram tədbiri təşkil edilib - ŞƏKİLLƏR
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Novruz Bayramı münasibətilə tədbir təşkil olunub.
Manevr.az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Aİİ-nin rektoru Ceyhun Məmmədov Novruz Bayramı münasibətilə professor-müəllim heyətini, əməkdaşları və tələbələri təbrik edib, onlara ən səmimi arzularını çatdırıb.
C.Məmmədov bildirib ki, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərinə sadiq qalıb, bu zəngin mənəvi sərvəti əsrlərlə yaşadıb və inkişaf etdirib. O bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması müasir dövrümüzdə də öz aktuallığını qoruyub saxlayır.
Rektor milli-mənəvi və dini dəyərlərimizin qorunması və inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlılığını ifadə edib. C.Məmmədov vurğulayıb ki, mənəvi dəyərlərimizin, milli hisslərimizin oyanışının əsası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qoyulmuşdur.
C.Məmmədov Novruz Bayramının tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd etmiş, milli adət-ənənələri öz qəlbində yaşatmışdır. Rektor qeyd edib ki, Novruz Bayramı insanları bir-birinə yaxınlaşdırır, qohumlar bayramlaşır, küsənlər barışır, bayram süfrələri təşkil olunur. Bu bayram mənəvi xəzinəmizdir, ali dəyərimizdir, milli adət-ənənəmizdir.
C.Məmmədov bildirib ki, ümummili lider Heydər Əliyevin təşəbbüsünün nəticəsi olaraq, ölkəmiz illərdir, Novruz Bayramını geniş şəkildə, rəsmi dövlət bayramı kimi qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu siyasəti böyük uzaqgörənliklə və uğurla davam etdirir.
Sonda rektor bayram münasibətilə hər kəsi təbrik edib, can sağlığı, bol ruzi-bərəkət, firavanlıq arzulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar