Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Güclü külək nə vaxta qədər davam edəcək?

Tarix: 18-03-2019 13:08     Baxış: 2182 A- / A+
Güclü külək nə vaxta qədər davam edəcək?


Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti sabah günün ikinci yarsınadək davam edəcək.

Manevr.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Rusiya mərkəzi rayonlarından yüksək təzyiq sahəsinin, yəni siklonun Qafqaz ərazisinə daxil olması və bu gün Xəzər dənizinin cənub-şərqindən keçməsi nəticəsində şimal küləyinin sürəti güclənib. Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 25-28 metrdir.

U.Tağıyeva hazırkı hava şəraitinin mart ayı üçün səciyyəvi olduğunu söyləyib:

"Güclü şimal küləyi gün ərzində əsəcək. Sabah günün ikinci yarısında küləyin nisbətən mülayimləşəcəyi proqnozlaşdırılır. Hazırda havanın temperaturu iqlim normasından bir qədər aşağıır. Gün ərzində havanın maksimal temperaturu 8-9 dərəcə təşkil edəcək".

Nazirlik rəsmisi əlavə edib ki, belə hava şəraiti qışdan yaza keçid dövrünə xas olan prosesdir: "Küləyin maksimal sürəti saniyədə 25-28 metr, dalğanın hündürlüyü isə açıq dənizdə 5,5 metr təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar ayının 17-dən 18-nə keçən gecə müşahidə olunan hava şəraitindən zəifdir, çünki həmin vaxt küləyin maksimal sürəti saniyədə 40 metrə çatırdı".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar