Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Kürdə su xeyli azalıb

Tarix: 17-03-2019 17:29     Baxış: 2195 A- / A+
Kürdə su xeyli azalıb


2018-ci il mart göstəricilərinə baxanda kəskin azalma var

Çaylarda suyun səviyyəsi ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-60 faizini təşkil edib.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 188 kub/s olmaqla ongünlük normanın 70 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 290 kub/s olmaqla ongünlük normanın 109 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 41 kub/s olmaqla, ongünlük normanın 44 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 106 m3/s təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, orada suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 23 sm artım, Surrada 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 312 sm (2018-ci il martın 15-də 355 sm), Şirvanda 141 sm (2018-ci il martın 15-də 221sm), Salyanda 70 (2018-ci il martın 15-də 167sm), Bankədə 167 sm (2018-ci il martın 15-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 18 sm (2018-ci il martın 15-də 80 sm) təşkil edir./istiPress/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

MyCounter - счётчик и статистика