Xəbər lenti
"Novruz bayramı ərəfəsində əfv fərmanı gözlənilir" - Deputat
"Azərbaycan demokratik inkişaf yolunu tutub və bu yolda ciddi addımlar atmaqdadır. Deyildiyi kimi, bu yolun da son həddi yoxdur".
Bunu Manevr.az millət vəkili Fəzail Ağamalı ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının duruma ilə bağlı hazırladığı hesabatda Azərbaycana qarşı ünvanlanan fikirlərə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, bu hesabatlar Azərbaycanı sevməyən anti-Azərbaycan qüvvələr tərəfindən və onların ölkəmizdəki əlaltılarının verdiyi saxta faktlar əsasında hazırlanıb:
"Azərbaycan demokratik və hüquqi dövlət olduğundan kimsə əqidəsinə, siyasi dünyagörüşünə və ya peşəsinə görə təqib edilmir. Bu gün qanunu pozduğuna görə məsuliyyətə cəlb olunanlar var və onlar da cəzalarının müəyyən hissəsini çəkdikdən sonra ölkə başçı tərəfindən əfv olunaraq azadlığa çıxıblar. Məsuliyyətə cəlb olunan şəxslər zaman –zaman ölkə başçısının əfv fərmanı və Heydər Əliyev Fondu tərəfindən təklif edilən amnistiyalar nəticəsində azadlığa çıxırlar. Novruz bayramı ərəfəsində də növbəti əfv fərmanı gözlənilir.
Ümumiyətlə Heydər Əliyev tərəfindən məsuliyyətə cəlb olunan insanlara humanistlik nümayiş etdirilərək, bir humanist siyasət yürüdülür. Bu artıq bir ənənə halını alıb".
Deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlət olduğundan hər bir şəxs törətdiyi əmələ görə hüquqi qiymətini almalıdır:
"O baxımdan da ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında saxta faktlara əsaslanan hesabt hazırlması, əslində bu ölkənin imicinə xələl gətirir. Azərbaycan demokratik ölkədir və bu tutduğu yola sadiqdir. Kimsə biz bu yoldan döndərə bilməz".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar