Xəbər lenti
Bu adlar qadağan olundu - VİDEO
Müstəqillik illərində Azərbaycanda yeni adlar yaranıb. Lakin bu adlar Azərbaycanın şəxs adlarının izahlı lüğətində yer almayıb. Hazırda Terminologiya Komissiyası həmin adların da daxil edildiyi yeni nəşrinin hazırlanması üçün iş aparır.
Azərbaycanda şəxs adlarından ibarət lüğət təkmilləşdiriləcək. Siyahıya 800-ə yaxın yeni ad əlavə ediləcək. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, yeni nəşrin hazırlanması üzrə artıq işlərə başlanılıb.
Səyalı Sadıqova deyir ki, siyahıya əlavələr zamanı yenə də xalqın milli mentaliteti nəzərə alınacaq. Burada xalqımız üçün yad olan, gülüş doğuran adlar yer almayacaq.
Qeyd edək ki, 2014-cü ildə də şəxs adlarının izahlı lüğəti təkmilləşdirilmişdi. Həmin vaxt nəşrə 7500-ə yaxın ad daxil edilmiş, Kolxoz, Sovxoz, Ansambl, Cinayətkar, Cani, Raykom, Narkoz kimi 1700-ə yaxın şəxs adı isə siyahıdan çıxarılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar