Xəbər lenti
BDU-nun yeni rektoru üçüncüdür – Təhsil eksperti
Elçin Babayevin Bakı Dövlət Universitetinə rektor təyinatından sonra iddia edənlər oldu ki, bu nüfuzlu ali məktəbə ilk dəfə olaraq elmlər namizədi rektor təyin olunur. Xatırladıram ki, Elçin Babayev universitetin tarixində III elmlər namizədi rektordur.
Manevr.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Etibar Əliyev bildirib.
O qeyd edib ki, əslində bunu deməklə universitetə 1965-ci ildə rektor təyin olunmuş fizika-riyaziyyat elmləri namizədi Mehdi Əliyevi xatırlamaq istəyib:
“Onu yüksək elmə və təşkilatçılıq bacarığına malik rektor kimi dəyərləndirirlər. Mehdi Əliyev Azərbaycan dilində dərslik, dərs vəsaitlərinin hazırlanması, fizika üzrə terminologiyanın tərtibi kimi işlərə xüsusi əhəmiyyət verib. O, tələbələr üçün bir çox vacib dərslikləri, məsələn “sovet fizikasının atası” sayılan Abram Fyodoroviç İoffenin “Molekulyar fizika kursu” və sair kitabları rus dilindən Azərbaycan dilinə tərcümə etmiş, ali məktəblər üçün optika kursundan Azərbaycan dilində yazılmış ilk dərsliyin həmmüəllifi olub. Mehdi müəllim 1970-ci ilə qədər rektor vəzifəsində işləyib. Çox təəssüf ki, belə şəxsiyyətləri tez unuduruq”.
E.Əliyev onu da bildirib ki, 1992-cü ildə isə BDU-ya hüquq elmləri namizədi Firudin Səməndərov rektor təyin olunub.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar