Xəbər lenti
FHN-dən Novruz tonqalı ilə bağlı - Xəbərdarlıq
Novruz bayramında tonqal yandıran zaman avtomobil şinlərindən istifadə etmək olmaz. Bu, ətraf mühitə ciddi ziyan vurmaqla yanaşı, yanğın təhlükəsi də yaradır.
Manevr.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev deyib.
E.Babayev bildirib ki, Novruz bayramı günlərində mümkün yanğın hadisələrinin qarşısını almaq üçün vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Tövsiyə olunur ki, vətəndaşlarımız tonqal yandıran zaman avtomobil şinlərindən yox, odun materiallardan istifadə etsinlər. Onun söndürülməsi də asandır. Tonqal qalanmazdan əvvəl vətəndaşlarımız tərəfindən qabaqlayıcı tədbirlər görülməlidir. Yaxşı olar ki, orada yanğınsöndürmə balonu saxlanılsın. Əgər balon yoxdursa ən azından bir vedrə suyu hazır vəziyyətdə saxlamaq lazımdır.
Açıq oddan istifadənin təhlükəli olduğunu deyən şöbə rəisi qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi qaydada bu sahədə maarifləndirmə tədbirləri həyata keçirilir. Yanğın hadisələrinin baş verməməsi üçün addımlar atılır. Qeyd etmək lazımdır ki, bayram ərəfəsində yanğın hadisələrinin sayı adi günlərə nisbətən artır. Lakin tərəfimizdən atılmış addımlar nəticəsində bunun qarşısı alınır.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar